02:52 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
İDMAN
Qısa URL
4201

Ağır yaralanan qadın sifətin, kürəyin, hər iki yuxarı ətrafın yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İlham Mustafa, Sputnik Azərbaycan

Göygöl rayonunda partlayış baş verib.

Məlumata görə, rayonun Qırıqlı kənd sakini, 1988-ci il təvəllüdlü Elnurə Ələddin qızı Kərimova hamamda çimərkən su qızdırıcı (“kolonka”) partlayıb.

Nəticədə 28 yaşlı qadın ağır xəsarət alaraq Göygöl Mərkəzi Rayon Xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə aparılıb.

Sifətin, kürəyin, hər iki yuxarı ətrafın yanığı diaqnozu qoyulan Kərimovanın vəziyyəti orta-ağır olaraq qalır.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Əsas mövzular