Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Rio-2016 Olimpiya çempionunu döydülər və qarət etdilər

© AFP 2023 / Toshifumi KITAMURA Dirk van Tihelt
Dirk van Tihelt - Sputnik Azərbaycan
Abunə olmaq
Çempion döyüldü, amma medalını qarətçilərə vermədi.

BAKI, 10 avq-Sputnik. Rio-2016-da cüdo üzrə 73 kq çəki dərəcəsində döyüşən Dirk van Tihelt yarışdan sonra dincəlmək istəyərkən xoşagəlməz hadisə ilə üzləşib.

Sputnik Championat saytına istinadən xəbər verir ki, 73 kq çəki dərəcəsində bürünc medal qazanan 32 yaşlı belçikalı idmançı uğurunu qeyd etmək üçün Kopakabana çimərliyinə gedib və burada bədbəxt hadisə ilə üzləşib.

Belə ki, çimərlikdə idmançı ilə qarşılaşan qarətçilər cüdoçunun üzünə bir neçə zərbə endirərək, onun mobil telefonunu əlindən alıblar. Döyülməsinə və ciddi xəsarətlər almasına baxmayaraq, van Tihelt Rioda qazandığı bürünc medalı cinayətkarlara verməyib.

Xəbər lenti
0