12:14 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
4701

Rio-2016-da Azərbaycan Olimpiya komandasının bayraqdarı olan Teymur Məmmədov qələbə uğrunda mübarizəyə inamla başlayıb.

Murad Fərzəliyev, xüsusi olaraq Sputnik Azərbaycan üçün

BAKI, 8 avq-Sputnik. XXXI Yay Olimpiya Oyunlarının proqramına daxil olan idman növləri üzrə qələbə uğrunda mübarizə aparan atletlərin yarış həyəcanı davam edir.

Olimpiya Oyunlarının üçüncü günü boks üzrə növbəti qarşılaşmalar keçirilib. Rio-2016-ya tam heyətlə yollanan boks üzrə yığmamızın üzvü Teymur Məmmədov (81 kq) 1/16 final mərhələsində rinqdə ilk görüşə ukraynalı rəqibi Denis Solonenko ilə çıxıb.

Gərgin keçən hər üç raundda əzmlə mübarizə aparan boksçumuz rəqibini məğlub edərək 1/8 finala vəsiqə qazanıb.

London Olimpiadasının bürünc və Avropa Oyunlarının qızıl medalçısı olan Teymur Məmmədov boks üzrə yığma komandanın ümidverici idmançılarından biridir. Rio-2016-da Azərbaycan Olimpiya komandasının bayraqdarı olan Teymur Məmmədov qələbə uğrunda mübarizəyə inamla başlayıb.

  • Теймур Мамедов против Дениса Солоненко (Украина). 1/16 финала
    Теймур Мамедов против Дениса Солоненко (Украина). 1/16 финала
    © Sputnik / Murad Farzaliyev
  • Теймур Мамедов против Дениса Солоненко (Украина). 1/16 финала
    Теймур Мамедов против Дениса Солоненко (Украина). 1/16 финала
    © Sputnik / Murad Farzaliyev
  • Теймур Мамедов против Дениса Солоненко (Украина). 1/16 финала
    Теймур Мамедов против Дениса Солоненко (Украина). 1/16 финала
    © Sputnik / Murad Farzaliyev
  • Теймур Мамедов против Дениса Солоненко (Украина). 1/16 финала
    Теймур Мамедов против Дениса Солоненко (Украина). 1/16 финала
    © Sputnik / Murad Farzaliyev
  • После поединка Теймур Мамедов дал журналистам короткое интервью
    После поединка Теймур Мамедов дал журналистам короткое интервью
    © Sputnik / Murad Farzaliyev
1 / 5
© Sputnik / Murad Farzaliyev
Теймур Мамедов против Дениса Солоненко (Украина). 1/16 финала

İlk qələbəsindən dərhal sonra jurnalistlərə qısa müsahibə verən boksçumuz bildirib ki, rəqibi ilə döyüşü çətin keçsə də o, qələbə uğrunda inamla mübarizə aparıb. İlk qələbəsindən sonra arxayınlaşmadığını, gələcək görüşlərini də qələbə ilə başa vurmaq üçün bütün gücünü səfərbər edəcəyini deyən Teymur Məmmədov Olimpiya medalını qazanmaq arzusunda olduğunu vurğulayıb.

Rioda boks üzrə yığma komandamız 10 kişi və 1 qadın boksçu ilə təmsil olunur. Bu gün Olimpiadanın rinqinə daha bir boksçumuz- Abdulqadir Abdullayev (91 kq) çıxacaq. Onun rəqibi fransalı boksçu Pol Omba Bionqolo olacaq.

Əlaqədar

Rio-de-Janeyroda IV İslam Həmrəyliyi Oyunlarının təqdimat mərasimi keçirilib
Rio-2016 Sputnikin obyektivində
Rio-2016: Oyunların II gününündə 16 ölkə ümumilikdə 23 medal qazanıb
Rio-de-Janeyroda partlayış baş verib
Azərbaycanlı akademik avarçəkənlər Rio-2016-nın yarımfinalına yüksəliblər
Teqlər:
Pol Omba Bionqolo, Rio-2016 Olimpiya Oyunları, London olimpiadası, XXXI Yay Olimpiya Oyunları, Teymur Məmmədov, Avropa Oyunları

Əsas mövzular