Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Vitse-prezident: Olimpiadada qadın idmançılardan uğur gözləyirik

© Photo : walland.ruQayaya dırmanma. Arxiv şəkli
Qayaya dırmanma. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Arzu Mustafayev: 2020-ci ilədık hələ 4 il var. Bu müddətdə biz məşqlərə daha ciddi yanaşacağıq və daha çox məşq edəcəyik.

BAKI, 5 avq – Sputnik. Beynəlxalq Olimpiya Komitəsi (BOK) 129-cu sessiyasında  2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına 5 yeni idman növü daxil edib. Növbəti Olimpiadaya daxil edilən oyun növləri beysbol, karate, skeytbordinq, qayalara dırmanma və sörfinqdir. 

Sputnik-in əməkdaşı Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının vitse-prezidenti Arzu Mustafayevdən yeni xəbər ilə bağlı münasibət öyrənib.

Vitse-prezident Arzu Mustafayev 2020-ci il Tokio Olimpiya oyunları haqqında bunları deyib: “2020-ci ilədık hələ 4 il var. Bu müddətdə biz məşqlərə daha ciddi yanaşacağıq və daha çox məşq edəcəyik. Eyni zamanda dünya, Avropa və digər səviyyəli beynəlxalq turnirlərdə iştirak edərək güclü idmançılarımızı seçəcəyik. Bundan sonra Olimpiyadaya kim gedəcəyini müəyyən etmək mümkün olacaq. Hələ ki bu mövzu haqqında danışmaq tezdir”.

Vitse-prezident yığmada güclü xanım idmançıların olduğunu da qeyd edib: “Millimizdə qadın idmançılar daha güclüdür. Ona görə qadın idmançılarımızın uğur qazanacaqlarına ümid bəsləyirik.”

Xəbər lenti
0