04:51 19 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Elnur Cəfərov

Azərbaycanlı futbolçunu bir aya Portuqaliya klubundan qovdular

© Foto : Public domain
İDMAN
Qısa URL
129101

Viktor Ramos Elnur Cəfərovu niyə qovduqlarını açıqladı.

BAKI, 4 avq-Sputnik. Yay transfer pəncərəsində Portuqaliyanın "Tondela" klubuna transfer olunan Elnur Cəfərov orada çox oynaya bilməyib.

Heç bir ay keçməmiş, azərbaycanlı futbolçu klubundan qovulub. Cəfərov "Tondela"nın son yoxlama matçında da meydana çıxmayıb.

"Tondela" rəsmisi Viktor Ramos Portuqaliya mətbuatına açıqlamasında Elnur Cəfərovla yollarının ayrıldığını təsdiqləyib. O, bildirib ki, klub 3 futbolçu — Tomas George, Ruben Silvestre və Elnur Cəfərovla vidalaşmalı olub. 

Klub rəsmisi Elnurun göndərilməsini səviyyəsindən aşağı çıxış etməsi ilə əlaqələndirib. O, digər iki futbolçunun maliyyə səbəbindən komandadan göndərildiyini vurğulayıb.

Xatırladaq ki, "Xəzər-Lənkəran"ın sabiq futbolçusu Elnur Cəfərovun "Tondela" klubuna transferi ötən ayın əvvəllərinə təsadüf edir.

Əlaqədar

Futbol yığmasının məşqçisi istefa verir
Futbol psixozunun arxasında nə dayanır?
Futbol bayramı davam edir
UEFA Rusiya Futbol İttifaqına 150 min avro cərimə kəsib
Azərbaycanlılardan Avropa futbol çempionatına dair maraqlı proqnozlar
Teqlər:
futbol, Viktor Ramos, Elnur Cəfərov, Tondela, Portuqaliya

Əsas mövzular