18:29 29 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
20211

İdmançılar Küveytin yox, beynəlxalq idman federasiyaları icazə verəcəkləri təqdirdə, neytral bayraq altında çıxış edə bilərlər.

BAKI, 3 avq-Sputnik. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Küveyt yığması iştirak etməyəcək.

Sputnik "New Straits Times"ə istinadən xəbər verir ki, İsveçrənin Vaadt kantonunun (vilayəti) məhkəməsi Küveytin Beynəlxalq Olimpiya Komitəsinə (İOC) qarşı iddiasını təmin etməyib.

İOC ərəb ölkəsini idmana siyasi müdaxilə etdikləri səbəbindən olimpiadadan kənarlaşdırıb. İdmançılar Küveytin yox, beynəlxalq idman federasiyaları icazə verəcəkləri təqdirdə, neytral bayraq altında çıxış edə bilərlər.

Qeyd edək ki, Ərəblər İOC-dan komandanın olimpiadaya bərpası və mənəvi ziyanın qarşılığı olaraq, 886 milyon dollar ödəməsini tələb ediblər. Lakin məhkəmə buna rədd cavabı verib. Küveytin 30 gün ərzində daha yuxarı instansiyaya şikayət etmə hüququ var.

Xatırladaq ki, "Rio-2016"da avqustun 5-də yarışlar başlayacaq.

Əlaqədar

Sabah Rio-de-Janeyroda karatenin taleyi müəyyənləşəcək
Azərbaycanın olimpiya yığması Rio-ya yola düşdü
Rio-de-Janeyroda olimpiya obyektlərinin yerləşmə xəritəsi
BOK Rusiya yığmasını Rio Olimpiadasından kənarlaşdırmayıb
Rio Olimpiadasına hazırlaşan güləşçilərimiz Ukraynaya gediblər
Teqlər:
Küveytin Beynəlxalq Olimpiya Komitəsi, Vaadt kanto, Rio-de-Janeyro, Rio-de-Janeyro Yay Olimpiya Oyunları, Rio-2016 olimpiadası, Küveyt, İsveçrə

Əsas mövzular