Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Sabah Rio-de-Janeyroda karatenin taleyi müəyyənləşəcək

© AFP 2023 / Toru YAMANAKA Karate məşqləri. Arxiv şəkli
Karate məşqləri. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Karatenin Tokio-2020 Olimpiya Oyunlarının proqramına daxil edilməsi ilə bağlı yekun qərar sabah verilə bilər.

BAKI, 2 avq-Sputnik. Karatenin Tokio-2020 Olimpiya Oyunlarının proqramına daxil edilməsi ilə bağlı yekun qərarın veriləcəyi gün artıq yetişməkdədir.

Dünya Karate Federasiyasınıın (WKF) nümayəndələri bu tarixi tədbirlə bağlı Braziliyanın ecazkar şəhəri Rio-de-Janeyroya gəlməkdədirlər.

Dünya Karate Federasiyasının prezidenti Antonio Espinos bu idman növünü 2016-cı ilin Olimpiya Oyunlarına ev sahibliyi edən şəhərdə baş tutacaq fövqəladə tədbirlərdə təmsil etmək üçün gələn nümayəndə heyətinə rəhbərlik edir.

Beynəlxalq Olimpiya Komitəsinin 3 avqust 2016-cı il tarixində baş tutacaq 129-cu Sessiyasında karatenin Tokio-2020 Olimpiya Oyunlarının proqramına daxil edilməsi ilə bağlı yekun qərar qəbul ediləcək.

Qeyd edək ki, bütün dünyadakı karate azarkeşlərindən gələn dəstək kütləvi xarakter alıb. Dünyanın karate ailəsi karatenin Olimpiya arzusunun həyata keçməsini görmək üçün unikal imkan barədə öz gözlənti və hisslərini ifadə etmək üçün sosial mediaya müraciət edirlər. 

Xəbər lenti
0