Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Ümidləri doğruldacam"

© presspostİlham Zəkiyev - Paracüdoçu
İlham Zəkiyev - Paracüdoçu - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Zəkiyev: "Bildiyiniz kimi, Pekin və London Paralimpiya oyunlarında da bayraqdar mən idim. Yenidən mənim seçilməyim mənim üçün çox xoş oldu"

BAKI, 25 iyul — Sputnik. "Bayraqdar olmaq çox şərəfli bir işdir. Bu işin mənə tapşırılması mənim üçün çox sevindiricidir".

Bu fikirləri Sputnik-ə açıqlamasında, Rio Paralimpiyasında Azərbaycan yığmasının bayraqdarı, 2 qat paralimpiya, 2 qat dünya və 6 qat Avropa çempionu, əfsanəvi cüdoçu İlham Zəkiyev deyib.

"Bildiyiniz kimi, Pekin və London Paralimpiya oyunlarında da bayraqdar mən idim. Yenidən mənim seçilməyim mənim üçün çox xoş oldu. Həm çempion olaraq, həm də bayrağımızı şərəflə daşıyaraq mənə olan ümidləri doğruldacam".

Xəbər lenti
0