Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Valentin Xristov: Olimpiadada yüngül və ağır atletika yarışları maraqsız olacaq

© AFP 2023 / YURI CORTEZValentin Xristov- ağırlıqqaldırma üzrə dünya çempionu
Valentin Xristov- ağırlıqqaldırma üzrə dünya çempionu - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa çempionu, Azərbaycan ağır atletika milli komandasının üzvü Valentin Xristovun fikrincə, Rio Olimpiadasında bir sıra növlərdə azarkeşləri sönük mübarizə gözləyir.

BAKI, 24 iyul — Sputnik. Dopinq qalmaqalı hələ də səngimək bilmir. Rusiyanın Yüngül atletika komandası Rio-de Janeyro Yay olimpiya oyunlarına buraxılmır. Bu məsələyə Azərbaycan ağır atletika milli komandasının üzvü, 9 qat Avropa çempionu Valentin Xristov münasibət bildirib. 

“Rusiya idmançılarının dopinq qəbul etdiyinə inanmıram. Bu sadəcə siyasətdir. Hər şeyə Rio-de-Janeyro Yay olimpiya oyunlarından sonra aydınlıq gələcək. Onu da qeyd edim ki, həm yüngül, həm də ağır atletika bu olimpiya oyunlarında heç də maraqlı olmayacaq. Çünki, ən güclü idmançılar yarışlardan kənarlaşdırılıb”, deyə Xristov bəyan edib.

Xəbər lenti
0