Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Azərbaycan paralimpiya komandası dünyanın ən güclüləri sırasında qərarlaşıb"

© Sputnik / Murad OrujovBu gün Azərbaycan Milli Paralimpiya Komitəsi Rio-de Janeyro Paraolimpiya oyunları öncəsi mətbuat konfransı keçirib
Bu gün Azərbaycan Milli Paralimpiya Komitəsi Rio-de Janeyro Paraolimpiya oyunları öncəsi mətbuat konfransı keçirib - Sputnik Azərbaycan
Abunə olmaq
İlqar Rəhimov: "Rio Olimpiyadasında daha güclü mübarizə apararaq, London Yay Olimpiadasındakı rekordumuzu təzələmək istəyirik"

BAKI, 22 iyul — Sputnik. Bu gün Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) Rio-de Janeyro Paraolimpiya oyunları öncəsi mətbuat konfransı keçirib. Sputnik xəbər verir ki, AMPK-nın prezidenti İlqar Rəhimov, 1996-cı ildən fəaliyyətə başlayan və bu gün 20 yaşını qeyd edən komitənin illər ərzində gördüyü işlərdən və qazandığı uğurlardan danışıb.

"Bir çox paralimpiyaçılar dövlət mükafatı alıblar. Bununla bağlı prezident İlham Əliyevə təşəkkür bildirib və gələcəkdə qazanacaq uğurlarla Prezidentin etimadını qazanmağa çalışacağıq", — İ. Rəhimov bildirib.

O, London Yay Olimpiadasından sonrakı 4 il ərzində Rio-de Jameyro Olimpiadasına güclü hazırlıqlar getdiyini deyib: "Maliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi və digər dövlət təşkilatlarının köməyi ilə daha da uğurlu məşqlər və hazırlıqlar gedib. Hər bir idmançı Rio-de Janeyro olimpiyadasına ciddi hazırlaşıb. Bu müddət ərzində bir çox dünya, Avropa və digər beynəlxalq yarışlarda iştirak edib və çox sayda naliyyətlər qazanılıb".

© Sputnik / Murad OrujovAzərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov - Sputnik Azərbaycan
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov

"Xüsusilə 2015-ci ildə keçirilən Birinci Avropa Oyunlarını misal göstərmək olar. Oyunların açılış məşəlinin paralimpiyaçı İlham Zəkiyevə həvalə olunması böyük uğur sayıla bilər. Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq sağlam idmançılarla yanaşı, eyni zamanda paralimpiyaçılarımız da yarışlarda iştirak edib və qızıl, gümüş və bürünc medal qazanıblar", — AMPK prezidenti vurğulayıb.

İ. Rəhimov bildirib ki, AMPK bu illər ərzində həm yerli, həm də beynəlxalq əlaqələrini genişləndirib: "Braziliya və Macarıstan Milli Paralimpiya Komitələri və Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə qarşılıqlı əməkdaşlıq müqavilələri imzalanıb".

Onun sözlərinə görə, London Paralimpiyası ilə müqayisədə Rio-de Janeyro Paralimpiyasında 5 ədəd daha çox lisenziya qazanılıb: "71 idmançı paralimpiya oyunlarında iştirak etmək üçün mübarizə aparıb. 24 idmançı 41 lisenziya qazanıb ki, bu da London Yay Paralimpiya Oyunlarından 3 idmançı və 5 lisenziya daha çoxdur".

© Sputnik / Murad OrujovBu gün Azərbaycan paralimpiya komandası artıq dünyada çox məşhurdur və ən güclü komandalar sırasında qərarlaşıb
Bu gün Azərbaycan paralimpiya komandası artıq dünyada çox məşhurdur və ən güclü komandalar sırasında qərarlaşıb - Sputnik Azərbaycan
Bu gün Azərbaycan paralimpiya komandası artıq dünyada çox məşhurdur və ən güclü komandalar sırasında qərarlaşıb

"Bu gün Azərbaycan paralimpiya komandası artıq dünyada çox məşhurdur və ən güclü komandalar sırasında qərarlaşıb. Biz də daha uğurlu nəticələr göstərərək daha çox lisenziya qazanaraq, London Yay Olimpiadasından daha uğurlu nəticə göstərərək öz rekordumuzu təzələmək istəyirik", — Komitə prezidenti qeyd edib.

Qeyd edək ki, paralimpiya komandamız 2 sentyabrda Rio-de Janeyroya yola düşəcək. 7 sentyabrda paralimpiya oyunlarının açılışı olacaq, 8-17 sentyabr tarixlərində yarışlar keçiriləcək və ayın 18-də bağlanış mərasimi baş tutacaq. Oyunlarda 170 ölkədən 4000 atlet iştirak edəcək.

Xəbər lenti
0