Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan stolüstü tennis tarixində ən böyük uğur

© Sputnik / Terane KhudabakhshiyevaStolüstü tennis üzrə Respublika çempionatının iştirakçıları
Stolüstü tennis üzrə Respublika çempionatının iştirakçıları - Sputnik Azərbaycan
Abunə olmaq
İlk dəfə olaraq ən yüksək nəticələr əldə edən millimiz Vətənə 4 medalla qayıdır

BAKI, 21 iyul — Sputnik. Xorvatiyanın Zaqreb şəhərində keçirilən və 46 ölkənin iştirak etdiyi Avropa birinciliyinın son günləri də stolüstü tennisçilərimiz üçün uğurlu olub. Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, gənclərin şəxsi birinciliyində tennisçimiz 2-ci yeri tutaraq gümüş medala, yeniyetmələrin şəxsi oyunlarında isə digər tennisçimiz 3-cü yeri qazanaraq bürünc medala layiq görülüb.

Beynəlxalq Stolüstü Tennis Federasiyasının Premium Açıq turniri - Sputnik Azərbaycan
İDMAN
Stolüstü tennisçilərimiz gümüş medal qazanıblar

Yeniyetmələr arasında qarışıq qoşa yarışlarda tennisçilərimiz 3-cü yeri tutaraq komandamıza daha bir bürünc medal qazandırıblar.

Ümumiyyətlə, artıq başa çatan Avropa birinciliyində Azərbaycan millisi yüksək nəticələr göstərib. Uğurla çıxış edən Azərbaycanın gənclərdən ibarət stolüstü tennis üzrə yığma komandası Avropa birinciliyində üçüncü yeri tutub. Komanda yarışlarında yeniyetmə qızlarımız 9-cu yerə, gənc qızlarımız isə 5-ci yerə sahib olublar.

Qeyd edək ki, Azərbaycanın stolüstü tennis tarixində ilk dəfə olaraq bu cür yüksək nəticələr əldə edən millimiz Vətənə 4 medalla qayıdır.

Xəbər lenti
0