Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Prezident olimpiya çempionlarına 400 min manat mükafat verəcək

© Official website of President of Azerbaijan Republicİlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
Abunə olmaq
Rio-de Janeyro Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib

BAKI, 19 iyul — Sputnik. Braziliyanın Rio-de Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Bu barədə Sputnik Prezidentin rəsmi saytına istinadən xəbər verir.

XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yolasalma mərasimi keçirilib - Sputnik Azərbaycan
İDMAN
Prezident idmançıları olimpiadaya yola saldı

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının idmançılarını və onların məşqçilərini Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə qərara alıram:

1. XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:
1.1. birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat;
1.2. ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;
1.3. üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Xəbər lenti
0