10:38 20 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
2801

Çempionlar Liqasında mübarizə aparan "Qarabağ" ikinci təsnifat mərhələsini adlayacağı halda, Çexiyanın "Viktoriya Plzen" klubu ilə qarşılaşacaq

BAKI, 15 iyul — Sputnik. İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında Çempionlar Liqasının və Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkatması keçirilib. Bu barədə Sputnik AFFA-nın rəsmi saytına istinadən xəbər.

Çempionlar Liqasında mübarizə aparan "Qarabağ" ikinci təsnifat mərhələsini adlayacağı halda, Çexiyanın "Viktoriya Plzen" klubu ilə qarşılaşacaq. Avropa Liqasında çıxş edən təmsilçilərimiz "Qəbələ", "Kəpəz" və "Neftçi"nin də potensial rəqibləri müəyyənləşib. "Qəbələ" Macarıstanın MTK klubunu mübarizədən kənarlaşdıracağı halda, Fransanın "Lill", "Kəpəz" "Admira" səddini keçsə, Çexiyanın "Slovan", "Neftçi" isə "Şkendiya"nı üstələyəcəyi təqdirdə, Çexiyanın "Mlada Boleslav" komandası ilə üz-üzə gələcək.

Əlaqədar

Azərbaycan klublarının rəqibləri bəlli oldu
Azərbaycanlı idmançı Britaniyada idman klubu yaradıb
"Xəzər Lənkəran" klubu tarixində ilk dəfə I Diviziona enib
Məşhur futbol klubumuzda tənəzzül: veteranları nə məyus edib?
Azərbaycanlı idmançı Londonda kikboks klubu açıb
Teqlər:
Nyon şəhəri, Avropa Liqası, İsveçrə, AFFA, UEFA, Çempionlar Liqası

Əsas mövzular