Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Çalışacağam ki, ölkəmizdə daha güclü kikboksçu qızlar olsun"

© Photo : Anar SuleymanovAnar Süleymanov, dördqat Avropa və Dünya çempionu
Anar Süleymanov, dördqat Avropa və Dünya çempionu - Sputnik Azərbaycan
Abunə olmaq
Baş məşqçi təyin olunan Anar Süleymanov: "Belə komandanın formalaşması rəqabəti artıracaq. Eyni zamanda, bu sahəyə maraq güclənəcək və daha çox uğur qazanmaq şansımız olacaq"

BAKI, 14 iyul — Sputnik. Azərbaycan Kikboks Federasiyasında (AKF) yeni vəzifəyə təyinat olub. Belə ki, bir neçə gün öncə Federasiyanın prezidenti Adil Əliyevin sərəncamı ilə məşqçi Anar Süleymanov qızlardan ibarət milli komandanın baş məşqçisi postuna gətirilib.

Fəridə Əzizova - Sputnik Azərbaycan
İDMAN
Dinini dəyişmiş azərbaycanlı idmançı: "Boynumdakı xaçı görüb üstümə gəldilər"

AKF-in vitse-prezidenti Güloğlan Cabbarov Sputnik-ə açıqlamasında deyib ki, Anar Süleymanov uzun illərdir, xanım kikboksçularımıza məşq keçir: "Başqa məşqçilərdən fərqli olaraq onun yetirmələri, demək olar ki, xanımlardır, həm də bu illər ərzində yaxşı kikboksçu xanımlar yetişdirməyi bacarıb".

"Məhz buna görə də Federasiyamızın prezidenti Adil Aliyevlə məsləhətləşdikdən sonra qərara gəldik ki, Anar Süleymanovu qızlardan ibarət yığma komandanın baş məşqçisi vəzifəsinə gətirək. Düşünürəm, bundan sonra beynəlxalq yarışlarda daha uğurlu nəticələr olacaq".

Anar Süleymanov isə Sputnik-ə açıqlamasında təyinatdan razı qaldığını və bunun məsuliyyət olduğunu dilə gətirib: "Güloğlan Cabbarovun məsləhəti, Adil Əliyevin təşəbbüsü ilə mən Kikboks Federasiyasında qızlardan ibarət milli komandanın baş məşqçisi postuna gətirildim".

"Bundan sonra Respublika çempionatında 1, 2, 3-cü yerləri tutan xanım idmançılar bir araya gələrək məşqlər ediləcək", — A. Süleymanov vurğulayıb.

Baş məşqçi bildirib ki, belə komandanın formalaşması rəqabəti artıracaq: "Bu, eyni zamanda marağı artıracaq, daha çox uğur qazanma şansları olacaq. Bu gündən sonra çalışacağam ki, ölkədə daha güclü qız kikboksçular olsun və daha çox Dünya və Avropa medalları gətirək ölkəmizə".

Xəbər lenti
0