Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Olimpiadaya yollanacaq cüdoçularımızın tam heyəti açıqlandı

© Photo : APAOrxan Səfərov-cüdoçu
Orxan Səfərov-cüdoçu - Sputnik Azərbaycan
Abunə olmaq
Baş məşqçi iki çəki dərəcəsində seçimini Beynəlxalq Cüdo Federasiyasının reytinqində daha yüksək mövqedə qərarlaşanların xeyrinə edib

BAKI, 11 iyul — Sputnik. Bu ilin avqust ayında Rio-de Janeyro Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan cüdoçularının tam heyəti açıqlanıb. Bu barədə Sputnik-ə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Güloğlan Cabbarov - Sputnik Azərbaycan
İDMAN
Güloğlan Cabbarov: “Bu Olimpiadadan daha çox medal gözləyirik”

Bildirilir ki, baş məşqçi Peter Zayzenbaxer iki çəki dərəcəsində seçimini Beynəlxalq Cüdo Federasiyasının reytinqində daha yüksək mövqedə qərarlaşanların xeyrinə edib. Baş məşqçi dünyanın ən böyük yarışmasına 60 kiloqram çəki dərəcəsində Orxan Səfərovu, 100 kiloqram çəkidə isə Elmar Qasımovu aparmağı qərara verib.

Qeyd edək ki, digər çəkilərdə Azərbaycanı Olimpiadada Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşangi Kokauri (100 kq-dan yuxarı) təmsil edəcəklər.

Xatırladaq ki, XXXI Yay Olimpiya Oyunlarının proqramına əsasən cüdo yarışları iyulun 6-12-də keçiriləcək.

Xəbər lenti
0