Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Avropa Çempionatı-2016-nın qalibi bəlli oldu

© ua-football.comAÇ-2016, Portuqaliya-Fransa final qarşılaşması
AÇ-2016, Portuqaliya-Fransa final qarşılaşması - Sputnik Azərbaycan
Abunə olmaq
Portuqaliya yığması tarix yazdı.

BAKI, 11 iyul-Sputnik. Avro-2016-nın final matçı Portuqaliyanın qələbəsi ilə başa çatıb.

Paris yaxınlığındakı Sen-Deni şəhərində yerləşən "Stad de Frans" stadionunda çempion titulu uğrunda mübarizə Portuqaliya — Fransa arasında gedib.

Final qarşılaşmasının ilk dəqiqələrində Portuqaliya yığmasının ulduzu Kriştianu Ronaldo zədələnərək meydanı tərk edib.

Oyunun 109-ci dəqiqəsində Portuqaliya yığmasının fovardı Eder hesabı açıb.

Sayca 15-ci qitə çempionatının budəfəki qalibi Portuqaliya olub. Və o qitə çempionatındakı ilk qızıl medalını qazanıb. Bununla da pireneylilər Avropa çempionları sırasına daxil olub. İndiyədək buna 9 yığma nail olduğundan Fernandu Santuşun yetirmələri 10-cu Avropa çempionu olublar.

Ümumilikdə Fransa və Portuqaliya milliləri tarixdə 25 dəfə üz-üzə gəliblər. Fransa millisi son 10 qarşılaşmada qələbə qazanıb.

Portuqallar 2004-cü ildə Avropa Çempionatının finalına çıxsalar da, öz meydançalarında yunanlara məğlub olublar.

Xəbər lenti
0