Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Güloğlan Cabbarov: “Bu Olimpiadadan daha çox medal gözləyirik”

© Photo : STRGüloğlan Cabbarov
Güloğlan Cabbarov - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislər Rio Olimpiadası barədə fikirlərini bölüşməkdə davam edirlər.

BAKI, 8 iyul — Sputnik. Azərbaycan Kikboks federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov Rio-de-Janeyro Yay olimpiya oyunları haqqında fikirlərini Sputnik-in əməkdaşına bildirib. 

Vitse-prezident Olimpiadada uğur qazanacağına inandığı idmançıların adlarını söyləyib:

“Cüdodan Elmar Qasımov, Orxan Səmədovdan, boksdan Elvin Məmişzadədən, Teymur Məmmədovdan, güləşdən demək olar bütün çəkilərdə güləşən idmançılarımızdan uğur gözləyirəm. Taekvandodan dünya çempionumuz Radik İsakovdan və fərdi bir neçə idman növlərdən medallarımız olacaq. Buna əminəm. Bu dəfə geridə qoyduğumuz olimpiya yarışlarından daha çox medal gözlənilir.”

Xəbər lenti
0