22:42 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
1501

Bu nəticə ilə yığmamız çempionatı komanda hesabında 55 xalla üçüncü pillədə tamamlayıb. 78 xal toplayan Rusiya birinci, 64 xal toplayan Gürcüstan isə ikinci pillədə qərarlaşıb.

BAKI, 28 iyun — Sputnik. Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı başa çatıb. Güləş Federasiyasından Sputnik-ə verilən məlumata görə, çempionatın son iki günündə sərbəst güləş üzrə yarışlar keçirilib və qaliblər müəyyənləşib. Yığma komandamızın üzvləri 2 qızıl və 4 bürünc medal qazanıb.

Mariya Stadnik
© Sputnik / Vladimir Astapkovich

Qızıl medalları komandamıza Murad Süleymanov (74 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) qazandırıb. Əliabbas Rzazadə (50 kq), Mahir Əmiraslanov (55 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Alimaqomed Alixmoyev (120 kq) isə bürünc medala yiyələnib.

Bu nəticə ilə yığmamız çempionatı komanda hesabında 55 xalla üçüncü pillədə tamamlayıb. 78 xal toplayan Rusiya birinci, 64 xal toplayan Gürcüstan isə ikinci pillədə qərarlaşıb.

Xatırladaq ki, ötən ilki analoji yarışda sərbəst güləşçilərimiz 1 qızıl və 3 bürünc medal qazanmışdı.

Əlaqədar

Lənkəranlı güləşçilər milliyə dəvət alıblar
Güləşçilərimiz üçün son şans
Azərbaycan güləşçisi olimpiadaya lisenziya qazandı
Azərbaycan güləşçisi dünya reytinqində liderdir
Qadın güləşçimiz birinciliyi qazandı
Teqlər:
Buxarest, Azərbaycan Güləş Federasiyası, Rumıniya, güləş, yarış, çempion

Əsas mövzular