17:14 26 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
İDMAN
Qısa URL
4301

Futbolçu: "Anladım ki, mənim üçün deyil, bu işdə faydalı ola bilmirəm. Oynadığım 4 finaldan 3-də ardıcıl məğlub oldum. Milli komandada gələcək karyeramı görmürəm"

BAKI, 27 iyun — Sputnik. Argentina millisinin ulduz futbolçusu Lionel Messi yığma karyerasını bitirib. Sputnik apasport.az-a istinadən xəbər verir ki, bunu 29 yaşlı hücumçunun özü Amerika Kubokunun finalında Çili yığmasına məğlubiyyətdən sonra açıqlayıb.

Belə ki, ABŞ-da keçirilən yarışda Argentina rəqibinə penaltilər seriyasında 2:4 hesabı ilə uduzub. Lukas Bilya ilə yanaşı, Messi də qapını dəqiq nişan ala bilməyib.

"Barselona"nın ulduzu görüşdən sonra bildirib ki, Argentina millisində hər şey onun üçün bitdi: "Bu, öz qərarımdır. Həmişə Argentinanın çempion olması üçün əlimdən gələni etdim. Amma lazım olanı bacarmadım".

"Anladım ki, mənim üçün deyil, bu işdə faydalı ola bilmirəm. Oynadığım 4 finaldan 3-də ardıcıl məğlub oldum. Milli komandada gələcək karyeramı görmürəm", — Messi bildirib.

Qeyd edək ki, Argentina yığmasında 80 oyun keçirən Messi 55 qola imza atıb.

Əlaqədar

Messiyə görə öldürüldü
Messi astronomik məbləğə bu kluba transfer ediləcək
Lionel Messi beşinci dəfə “Qızıl top”la təltif olunub
Teqlər:
futbol, məğlubiyyət, Lionel Messi, Barselona, Argentina millisi

Əsas mövzular