23:39 16 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
İDMAN
Qısa URL
5801

AAAF-in rəhbərliyində dəyişikliklər olub. Ruslan Xanverdiyev vitse-prezident, Rizvan Rəsulov baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.

BAKI, 21 iyun — Sputnik. Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəhbər vəzifələrində dəyişiklik olub. AAAF-ın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Ruslan Xanverdiyev vitse-prezident, Rizvan Rəsulov baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.

Yeni vəzifələrə təyinatdan sonra AAAF prezidenti Cahangir Əsgərov müşavirə keçirib. Prezident idmançılar tərəfindən qadağan olunmuş stimullaşdırıcı preparatlardan istifadənin təkrarlanmaması üçün ciddi tədbirlərin görülməsi barədə tapşırıq verib.

Federasiyadan bildirilib ki, hazırda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına fəal hazırlıq gedir. Tez bir zamanda Azərbaycanın ağır atletika üzrə yığmasının heyəti formalaşdırılacaq və bu barədə əlavə məlumat veriləcək.

Antidopinq qaydalarının pozulmasında ittiham olunan dünya və Avropa çempionu Boyanka Kostovaya gəlincə, AAAF Beynəlxalq Ağır Atletika Federasiyasına (IWF) apellyasiya şikayəti göndərib. Federasiya ümid edir ki, qısa müddətdə şikayət müsbət həllini tapacaq və Kostova "Rio-2016"da iştirak edəcək.

Qeyd edək ki, IWF Azərbaycanın altı atletini 2015-ci il dünya çempionatı zamanı dopinq-testdən keçə bilmədiyi üçün uzun müddətə diskvalfikasiya edib. Onlardan beşi 8 il, biri 4 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Eyni zamanda 2008-ci il Pekin və 2012-ci il London olimpiadasında çıxış etmiş ağırlıqqaldıranların dopinq-testlərinin təkrar analizləri nəticəsində müvafiq olaraq, İntiqam Zairov və Boyanka Kostovadan istifadəsi qadağan olunmuş preparatlar aşkarlanıb.

Əlaqədar

Azərbaycanlı atlet: “Özümü Olimpiadada ilk üçlükdə görürəm”
İlham Əliyev Atletlər və Media kəndlərinin açılışlarında iştirak edib
"Şəxsi intriqalar federasiyanı idman aləmindən təcrid etdi"
Azərbaycan Gimnastika Federasiyası beynəlxalq reytinq siyahısına daxil edilir
Teqlər:
Tofiq Heydərov, Azərbaycan Ağır Atletika Federasiyası, AAAF, Ruslan Xanverdiyev, Rizvan Rəsulov, Cahangir Əsgərov

Əsas mövzular