06:10 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
1501

Güləşçilərimiz Buxarestdə keçirilən beynəlxalq turniri 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar

BAKI, 20 iyun — Sputnik. Rumıniyanın paytaxtı Buxarestdə İon Cornianu və Ladislau Simonun xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

Mariya Stadnik
© Sputnik / Vladimir Astapkovich
Güləş Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, iki gün davam edən turnirdə ölkəmizi baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Akif Əliyevin rəhbərliyi altında Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (80 kq) və Sabah Şəriəti (130 kq) təmsil edib.

Güləşçilərimiz yarışı 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. Bütün rəqiblərindən — əvvəlcə Rumıniya, ardınca iki İran təmsilçisindən üstün olan Sabah Şəriəti (130 kq) turnirin qızıl medalına yiyələnib.

59 kq çəkidə təmsilçimiz Rövşən Bayramov finalda yerli idmançı ilə görüşdən məğlub ayrılıb və turnirin gümüş medalına sahib olub. Bürünc medalı isə 80 kq çəkidə yarışan Elvin Mürsəliyev qazanıb.

Əlaqədar

Qadın güləşçilərimizin Ukraynaya yollanıblar
Lənkəranlı güləşçilər milliyə dəvət alıblar
Güləşçilərimizi növbəti sınaq gözləyir
Güləşçilərimiz üçün son şans
Bakıda güləş üzrə beynəlxalq turnir keçiriləcək
Teqlər:
Sabah Şəriəti, Elvin Mürsəliyev, Rövşən Bayramov, Akif Əliyev, Cəmşid Xeyrabadi, Buxarest, turnir, Rumıniya, güləş, yarış

Əsas mövzular