Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Mersedes" komandasının rəhbərinə siyasi sual verilib

© Sputnik / Murad Orujov"Mersedes" komandasının rəhbəri Toto Volf (ön sırada mərkəzdə) mətbuat konfransı zamanı
Mersedes komandasının rəhbəri Toto Volf (ön sırada mərkəzdə) mətbuat konfransı zamanı - Sputnik Azərbaycan
Abunə olmaq
Formula 1-in sərbəst yürüşü bitəndən sonra mətbuat konfransı keçirilib.

BAKI, 17 iyun-Sputnik. Formula 1-in sərbəst yürüşü bitəndən sonra mətbuat konfransı keçirilib.

Konfransda "Mersedes" komandasının rəhbəri Toto Volf, "Haas" komandasının rəhbəri Cin Haas, "Williams" komandasından Kler Vilyams, "Pirelli" şirkətindən və digər komandalardan nümayəndələr çıxış ediblər.

Nümayəndələr jurnalistlərin bu gün keçirilən sərbəst yürüşlərin nəticələri və yarışlardan gözləntiləri ilə bağlı sualları cavablandırıblar.

Konfransda diqqət çəkən suallardan biri "Mersedes" komandasının rəhbəri Toto Volfa verilib.

"Siyasi vəziyyət sizi narahat etmir ki?" sualına Volf belə cavab verib:

"Mən yalnız idmana cavabdehəm və siyasət mənə görə deyil."

Xəbər lenti
0