15:01 19 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Bakıda GP2 seriyasının 12-ci mövsümünün Bakı mərhələsinin sərbəst yürüşləri baş tutub

Formula 1 üzrə Avropa Qran Prisinə start verildi

© AP Photo / Luca Bruno
İDMAN
Qısa URL
1801

GP2 seriyasının 12-ci mövsümünün Bakı mərhələsinin sərbəst yürüşləri baş tutub.

BAKI, 17 iyun-Sputnik. Bu gün Formula 1 üzrə Avropa Qran Prisinə start verilib. Sputnik xəbər verir ki, GP2 seriyasının 12-ci mövsümünün Bakı mərhələsinin sərbəst yürüşləri baş tutub.

İlk yürüşdə pilotlara 45 dəqiqə verilib. Sərbəst yarışda 12 komandadan 24 pilot öz bolidləri ilə trasa çıxıb. Eyni bolidlərə sahib pilotlar saat 15:00-da sabah keçiriləcək 1-ci mərhələ yarışının sıralarını müəyyən edəcəklər.

Qeyd edık ki, GP2 iki yarışdan ibarətdir. İlk yarışda sürücülər 25, 18, 15, 12, 10, 8, 6, 4, 2 və 1 xal qazanırlar. İkinci yarışda isə 8 pilota 15, 12, 10, 8, 6, 4, 2 və 1 xal verilir. Üstəlik, poul vəziyyəti qazanan pilot əlavə olaraq 4 xal, hər iki yarışda sürətli dövrə vuran pilotlar isə 2 xal qazanırlar.

Xatırladaq ki, GP2 seriyası Formula 1-ə dəstək olaraq keçirilir.

Əsas mövzular