Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Rusiya məğlubiyyətdən son dəqiqələrdə qurtardı

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidФутбол. Чемпионат Европы - 2016. Матч Англия - Россия
Футбол. Чемпионат Европы - 2016. Матч Англия - Россия - Sputnik Azərbaycan
Abunə olmaq
Futbol üzrə Avropa çempionatında ilk turun görüşləri keçirilir.

BAKI, 12 iyun — Sputnik. Bu gün Avropa çempionatında qrup mərhələsinin daha 3 oyunu keçirilib.

Sputnik-in məlumatına görə, ilk olaraq A qrupunda Albaniya – İsveçrə matçı baş tutub. Görüş 1:0 hesabı ilə isveçrəlilərin xeyrinə başa çatıb. Yeganə topu 22-ci dəqiqədə Şaar vurub.

Günün digər iki oyununda isə B qrupunda mübarizə aparan komandalar qarşılaşıbar. Əvvəlcə Uelslə Slovakiya münasibətlərinə aydınlıq gətiriblər. Britaniyalılar bu qarşılaşmadan qalib olaraq çıxıblar — 2:1. Beyl (10) və Robsonun (80) qollarına slovaklar 61-ci dəqiqədə Dudanın qolu ilə cavab veriblər. 

İkinci oyun gününün son görüşündə isə B qrupunun favoriti İngiltərə Rusiyanı sınağa çəkib. 73-cü dəqiqədə Erik Dayer cərimə zərbəsindən topu rusların qapısından keçirib. Oyunun vaxtına əlavə edilmiş ikinci dəqiqədə Qluşakov cavab topunu vurub — 1:1.

Xəbər lenti
0