05:07 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
İDMAN
Qısa URL
3911

Turnirdə 4 medal qazanmış milli komandamızın üzvlərini Heydər Əliyev adına Binə Hava Limanında coşğu ilə qarşılanıblar

BAKI, 2 iyun — Sputnik. Meksikanın Qvadalaxara şəhərində olimpiya oyunlarına son lisenziya xarakterli "World Masters" turnirində böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər. Bu barədə Sputnik-ə Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Verilən məlumata görə, mötəbər turnirdə 4 medal qazanmış milli komandamızın üzvlərini Heydər Əliyev adına Binə Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və bir qrup azarkeş böyük coşqu ilə qarşılayıblar. Gül-çiçəklə qarşılanan cüdoçuların şəninə müxtəlif təzahüratlar səsləndirilib.

Qeyd edək ki, "World Masters" turnirində cüdoçularımızdan Orxan Səfərov (60 kq), Elmar Qasımov (100 kq) qızıl, Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) isə bürünc medala sahib olublar.

Əlaqədar

Cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılış mərasimi keçirilib
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
Azərbaycan cüdoçusu birinciliyi qazandı
Teymur Rəcəbov: "Üç turdan sonra turnirdəki nəticə haqda danışmaq tezdir"
Daha bir turnir başa çatdı
Teqlər:
"World Masters", olimpiya oyunları, Qvadalaxara, Meksika, turnir, cüdo, medal

Əsas mövzular