Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Şahmatçılar bu dəfə meydançada yarışdılar

© SputnikShamkir Chess 2016 turnirinin iştirakçıları istirahət günündə futbol oynamaq bacarığını nümayiş etdiriblər
Shamkir Chess 2016 turnirinin iştirakçıları istirahət günündə futbol oynamaq bacarığını nümayiş etdiriblər - Sputnik Azərbaycan
Abunə olmaq
Shamkir Chess 2016 turnirinin iştirakçıları istirahət günündə futbol oynamaq bacarığını nümayiş etdiriblər

BAKI, 1 iyun — Sputnik. Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2016 turnirinin iştirakçıları istirahət günündə futbol oynamaq bacarığını nümayiş etdiriblər. Şahmat Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, topa ilk zərbəni qadın şahmatçılar arasında dünya çempionu Hou Yifan vurub.

Şəmkir Olimpiya Kompleksində baş tutan yarışın ilk mərhələsində media nümayəndələri və şahmat şərhçilərinin toplaşdığı "Media" kollektivi şahmatçıların komandasına 9:1 hesabıyla qalib gəlib. Şahmatçıların komandasında Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli, Pavel Elyanov, Fabiano Karuana, Sergey Karyakin çıxış edib.

Digər görüşdə Şəmkir İcra Hakimiyyətinin komandası təşkilatçılara — "Synergy Group"a 0-3 hesabıyla uduzub. Finalda "Media" komandasını 2-1 hesabıyla üstələyən "Synergy Group" turnirin qalibi olub.

Xəbər lenti
0