Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Şəhriyar Məmmədyarov yeniyetmə şahmatçıya heç-heçə təklif edib

Şəhriyar Məmmədyarov
Şəhriyar Məmmədyarov - Sputnik Azərbaycan
Abunə olmaq
Yeniyetmələrlə görüşlərin hamısında qrossmeysterlər qələbə qazanıb. Yalnız Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov 11 yaşlı Əli Əmrahlıya heç-heçə təklif edərək yeniyetmənin sevinməsinə şərait yaradıb.

BAKI, 31 may — Sputnik. Vüqar Həşimovun xatirəsinə həsr olunan Şəmkir Chess 2016 turnirinin iştirakçıları Şəmkirdə yerləşən Zəka Gənclər Mərkəzində yeniyetmə şahmatçılar üçün seans keçirib.

ahmat federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, yeniyetmə şahmatçılarla görüşdə həmyerlimiz Şəhriyar Məmmədyarov, çinli dünya çempionu Hou Yifan, Rusiya təmsilçisi Sergey Karyakin, Hollandiyanın adından çıxış edən Aniş Giri və italiyalı Fabiano Karuana iştirak edib.

Maraqlıdır ki, yeniyetmələrlə görüşlərin hamısında qrossmeysterlər qələbə qazanıb. Yalnız Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov 11 yaşlı Əli Əmrahlıya heç-heçə təklif edərək yeniyetmənin sevinməsinə şərait yaradıb. 

Xəbər lenti
0