09:45 16 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2016 superturnirinin açılış mərasi

Azərbaycanda mötəbər beynəlxalq şahmat yarışı keçirilir

© Photo : http://www.chess.az
İDMAN
Qısa URL
10901

"ShamkirChess" superturnirində dünyanın ən güclü şahmatçıları iştirak edirlər. Açılış mərasimində gənclər və idman naziri, Beynəxalq Şahmat Federasiyasının prezidenti və digər şəxslər iştirak ediblər.

BAKI, 26 may — Sputnik. Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2016" superturnirinin açılış mərasimi keçirilib. Sputnik xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Beynəxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov, iştirakçı şahmatçılar və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Alimpaşa Məmmədov Şəmkirin beynəlxalq idman yarışlarının keçirilməsində böyük təcrübəyə malik olduğunu qeyd edib və iştirakçılara uğurlar arzulayıb. Azad Rəhimov mərhum qrossmeyster Vüqar Həşimovun şahmat karyerasından söz açıb. O, şahmatçımızın yığma komandamızdakı xidmətlərindən danışıb və qrossmeysterimizin dünyanın ən güclü şahmatçılarından biri olduğunu qeyd edib.

""ShamkirChess" superturnirində dünyanın ən güclü şahmatçıları iştirak edirlər. Onlar Vüqar Həşimovun xatirəsinə dərin ehtiramlarını bildirirlər. Bu mötəbər turnirin təşkilində əməyi olan hər kəsə böyük minnətdarlığımı bildirirəm", — deyə nazir əlavə edib.

ShamkirChess 2016 superturnirinin açılışı
© Photo : www.chess.az
"ShamkirChess 2016" superturnirinin açılışı

FİDE prezidenti Kirsan İlyumjinov Azərbaycanda olmaqdan məmunluğunu ifadə edib. O, Vüqar Həşimovun xatirə turnirinin ənənəvi hal aldığnı bildirib: "Bu turnir FİDE-nin təqvimində xüsusi yer tutur. Buradə ən güclü şahmatçılar mübarizə aparırlar. Azərbaycanda şahmata dövlət səviyyəsində diqqət göstərilir. Ölkə rəhbərliyinə şahmata göstərdiyi qayğıya görə minmətdarlığımı bildirirəm. Dünən 42-ci Ümumdünya Şahmat Olimpiadasına 100 qalması ilə bağlı geriyə sayıma start verildi. Əminik ki, Bakı Şahmat Olimpiadası dünya şahmat tarixində indiyədək keçirilən ən yaxşı olimpiada olacaq".

AŞF-nin vitse-prezidenti Mahir Məmmədov yarışın əhəmiyyətindən söz açıb: "Artıq 3-cü ildir ki, Vüqar Həşimovun xatirə turniri uğurla keçirilir. Vüqarın bizimlə olmamasını qəbul etmək çətindir. Bu turnir onun xatirəsini yaşatmaqda önəmli rol oynayır. "SamkirChess" turniri dünya şahmatsevərləri tərəfindən səbrsizliklə gözlənirilir. Yüksək səviyyəli yarışa görə təşkilatçılara minnətdarlığımı bildirirəm".

Mərhum şahmatçımız Vüqar Həşimovun atası Qasım Həşimov turnirin ənənəvi olaraq təşkil edilməsinə görə minnətdarlığını bildirib. O, xatirə turnirinin açılış mərasimində FİDE prezidenti, gənclər və idman naziri, icra başçının iştirakının bu yarışın əhəmiyyətindən xəbər verdiyini deyib.

Sonra "ShamkirChess 2014 və 2015" turnirlərindən hazırlanmış videoçarx nümayiş olunub. "Synergy Group" şirkətinin icraçı direktoru Qüdrət Seyfullayev çıxış edib və turnir açıq elan olunub. Daha sonra yarışın püşkatma mərasimi keçirilib. Tədbir bədii hissə ilə davam edib. "ShamkirChess" 2016 superturniri iyunun 4-də başa çatacaq.

Qeyd edək ki, Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess" superturniri artıq 3-cü dəfədir təşkil olunur və dünyanın ən mötəbər beynəlxalq şahmat yarışlarından biri kimi qəbul edilir.

Əlaqədar

İljumjinov: Bu Olimpiada dünya şahmat tarixinə düşəcək
"Azərbaycanla Ermənistan arasında virtual şahmat yarışı keçirilsin"
Azərbaycan şahmatçısı ilk onluqdadır
Şahmatçılarımız beynəlxalq turnirdə iştirak edirlər
Azərbaycan şahmatçısının adına beynəlxalq mükafat təsis edildi
Səudiyyə Ərəbistanında şahmat qadağan edilir
Teqlər:
Qasım Həşimov, Mahir Məmmədov, Alimpaşa Məmmədov, "ShamkirChess 2016", Kirsan İlyumjinov, Azad Rəhimov, Vüqar Həşimov, şahmat

Əsas mövzular