06:02 23 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8964
Taekvando üzrə Azərbaycan milli yığması

Avropadan bir dəst medal gətirdik

© Photo : ATF mətbuat xidməti
İDMAN
Qısa URL
1301

Taekvando üzrə milli komandamız beynəlxalq yarışda uğurlu nəticə əldə edib

BAKI, 24 may — Sputnik. Taekvando üzrə milli yığmamız Avropa çempionatında uğurla çıxış edib. Taekvando Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Azərbaycan yığması komanda hesabında Serbiya ilə 6-cı yeri bölüşüb.

Millimiz yarışı bir dəst medalla başa vurub. İdmançımız Milad Beigi Harçeqani (80 kq) qızıl, Patimat Abakarova (53 kq) gümüş, Payam Qubadi Uqaz (87 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmiş Radik İsayev və Fəridə Əzizova Avropa birinciliyində medal qazana bilməyiblər.

Azərbaycan millisinin baş məşqçisi Rza Mehmandost jurnalistlərə açıqlamasında bildirib ki, Avropa çempionatı çətin yarış olub: "Ümumilikdə, göstərdiyimiz nəticə yaxşı oldu. Məğlub olan gənc idmançılarımızın gələcək nəticələrinə daha çox ümid edirik. Bu, onlar üçün bir sınaq idi. Olimpiadada gənc taekvondoçuları bir daha sınayacağıq".

Əlaqədar

Azərbaycanlı və erməni idmançılar arasında kütləvi dava - şok kadrlar
90 yaşlı "Dinamo"nun idmançıları qızıl medallara layiq görüldülər
İdmançımız Avropa çempionluğunun bir addımındadır
Azərbaycan idmançıları mildronat tələsinə düşməyiblər
"Şəxsi intriqalar federasiyanı idman aləmindən təcrid etdi"
Teqlər:
Rza Mehmandost, Payam Qubadi Uqaz, Patimat Abakarova, Milad Beigi Harçeqani, Azərbaycan yığması, Taekvando Federasiyası, Avropa çempionatı

Əsas mövzular