15:47 26 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
İDMAN
Qısa URL
2201

Finalda Portuqaliya ilə İspaniya qarşılaşacaqlar.

BAKI, 21 may — Sputnik. Bu gün Bakıda keçirilən 17 yaşlılardan ibarət komandalar arasında Avropa çempionatına yekun vurulacaq.

Finalda Portuqaliya ilə İspaniya qarşılaşacaqlar. Pireney yarımadasını təmsil edən iki ölkənin yığmaları arasındakı həlledici qarşılaşma 8-ci kilomter qəsəbə stadionunda keçiriləcək.

Turnirə millimizlə eyni qrupda başlayan Portuqaliya finala qədər inamla irəliləyib. Onlar qrupdan lider kimi çıxdıqdan sonra həlledici oyuna kimi Avstriya (5:0) və Hollandiyanı (2:0) “quru” hesabla yolundan kənarlaşdırıb.

İspaniya da mötəbər yarışa yaxşı start verərək finala kimi irəliləyə bilib. Qrupdan çıxdıqdan sonra İngiltərə (1:0) və Almaniyanı (2:1) məğlub edən yeniyetmə “buğalar” nəhayət yarışın ən güclüsü olmaq üçün qonşuları ilə “savaçacaqlar”.

Əsas mövzular