Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Xəzər Lənkəran" klubu tarixində ilk dəfə I Diviziona enib

© Sputnik / Nina Zotina / Mediabanka keçidAvro-2016 futbol turnirinin rəsmi topu - Beau Jeu
Avro-2016 futbol turnirinin rəsmi topu - Beau Jeu - Sputnik Azərbaycan
Abunə olmaq
Ağ-yaşıllar 12 ildir çıxış etdiyi Azərbaycan Premyer Liqası ilə vidalaşmalı olublar.

BAKI, 20 may — Sputnik. "Xəzər Lənkəran" klubu tarixində ilk dəfə I Diviziona enib. "Ağ-yaşıllar" 12 ildir çıxış etdiyi Azərbaycan Premyer Liqası ilə vidalaşmalı olublar.

Bu, XXXVI turda "Rəvan"la səfərdə 2:2 hesablı heç-heçədən sonra məlum olub. Oyuna daha üstün başlayan cənublular 2:0 hesabı ilə öndə olduqları halda, qələbəni əldən veriblər. Bununla da Lənkəran komandası çempionatı 15 xalla sonuncu pillədə başa vurub.

Reqlamentə əsasən, Premyer Liqanı sonuncu klub tərk etməlidir. AFFA İcraiyyə Komitəsinin gələn mövsümədək qərarında dəyişiklik baş verməsə, "Xəzər Lənkəran" Premyer Liqa ilə vidalaşmalı olacaq.

Xəbər lenti
0