06:54 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
9501

Kikboksçumuz erməni əsilli idmançını noqdauna salaraq məğlub edib. Məğlub olan erməni əsilli idmançı ilə şəkil çəkdirən Zöhrab Əzimov Azərbaycan bayrağını Zurab Faroyan çiyninə salıb.

BAKI, 16 may — Sputnik. Rusiyanın Pyatiqorski şəhərində keçirilən K1 beynəlxalq kikboks yarışında azərbaycanlı idmançı erməni əsilli idmançını noqdauna salaraq məğlub edib. Mayın 14-də baş tutan qarşılaşmada erməni əsilli rus idmançısı, 60 kq çəkidə döyüşən üçqat dünya, altıqat Avropa çempionu, Rusiya Federasiyasının legendası Zurab Faroyan Azərbaycan çempionu, dəfələrlə beynəlxalq yarışlarda uğur qazanmış Zöhrab Əzimov ilə qarşılaşıb. Cəmi iki raund çəkən döyüşün qalibi azərbaycanlı idmançı olub.

Yarışın əsas məqamlarından biri, məğlub olan erməni əsilli idmançı ilə şəkil çəkdirən Zöhrab Əzimovun Azərbaycan bayrağını Zurab Faroyanın çiyninə salması olub.

Çempion Zöhrab Əzimov Sputnik-ə açıqlamasında bildirib ki, yarışdan sonra öz qələbəsini qeyd edərək yeni ləqəb götürüb: "Mən rəqibimi böyük hesabla məğlub etdim və qərara aldım ki, artıq "Legenda" ləqəbini götürüm. Bu gündən sonra "Azərbaycanın legendası" özüməm".

Əlaqədar

Kikboksinq yarışının qalibləri mükafatlandırıldı
Kikboksçumuz erməni idmançını məğlub etdi
Azərbaycanlı idmançı Londonda kikboks klubu açıb
Kikboksinq üzrə Azərbaycan çempionatı DİN İdman Cəmiyyətinin qələbəsi ilə başa çatıb
Kikboks üzrə Respublika Çempionatında qalmaqal
Teqlər:
Zurab Faroyan, erməni əsilli idmançı, azəbaycanlı idmançı, K1 beynəlxalq kikboks yarışı, Pyatiqorski, noqdaun, Zöhrab Əzimov, Rusiya

Əsas mövzular