22:44 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
İDMAN
Qısa URL
2301

İstanbulda Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turniri keçiriləcək. Turnirdə yunan-Roma və qadın güləşi üzrə yığmamızın 4 üzvü Olimpiya vəsiqəsi uğrunda yarışacaq.

BAKI, 4 may — Sputnik. 6-8 may tarixlərində Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turniri keçiriləcək. Azərbaycan Güləş Federasiyasından Sputnik-ə verilən məlumata görə, turnirdə yunan-Roma və qadın güləşi üzrə yığmamızın 4 üzvü Olimpiya vəsiqəsi uğrunda yarışacaq.

Yarışlarda finala yüksələn hər bir güləşçi həm də Olimpiadaya vəsiqəni təmin edəcək. Yığmamızı yunan-Roma güləşi yarışlarında Rəsul Çunayev (66 kq) və Şalva Qadabadze (98 kq), qadın güləşi yarışlarında isə Elis Manolova (63 kq) və Gözəl Zutova (75 kq) təmsil edəcək.

Turnirin proqramına əsasən, mayın 6-da yunan-Roma, 7-də isə qadın güləşçilər mübarizə aparacaq. İlk görüşlər Bakı vaxtı ilə saat 11:00-da, final görüşləri isə 19:00-da başlayacaq. Yarışda hakim kimi ölkəmizi I-S (Olimpiya) dərəcəli hakim Hicran Şərifov təmsil edəcək.

Xatırladaq ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 13 vəsiqə qazanıb. Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarına tam heyətlə qatılacaq, komandamız 6 mümkün vəsiqənin hamısını əldə edib. Yunan-Roma güləşçilərimiz 4, qadın güləşçilərimiz isə 3 çəki dərəcəsində vəsiqəyə sahibdir.

Əlaqədar

Azərbaycan güləşçisi olimpiadaya lisenziya qazandı
Bu güləşçilər Azərbaycanı Rio Olimpiadasında təmsil edə bilərlər
Qadın güləşçimiz Avropa Çempionu oldu
Azərbaycan güləşçisi dünya reytinqində liderdir
Qadın güləşçimiz birinciliyi qazandı
Azərbaycan güləşçiləri Belarusa yollanırlar
Teqlər:
idman, güləş, Rio-de-Janeyro Yay Olimpiya Oyunları, İstanbul, Türkiyə

Əsas mövzular