Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıda qaydasız döyüş üzrə beynəlxalq turnir keçiriləcək

© Photo : Sumgait MMA Unifight ClubRəşad Yaqubov (solda) tələbəsi ilə
Rəşad Yaqubov (solda) tələbəsi ilə - Sputnik Azərbaycan
Abunə olmaq
Turnir ənənəvi olaraq hər il Ağdamda keçirilib. Cəbhə bölgəsində hazırki gərgin şəraitlə əlaqədar bu il turniri Bakıda keçirmək qərarı verilib. Bu dəfə peşəkar qaydasız döyüşdə yalnız kişilər iştirak edəcək.

BAKI, 3 may — Sputnik. Paytaxt Bakıda növbəti beynəlxalq turnir keçiriləcək. Mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş qaydasız döyüş üzrə beynəlxalq turnir 6-8 mayda Hövsan olimpiya kompleksində baş tutacaq.

Üç gün ərzində Azərbaycan, İran, Rusiya, Gürcüstan, Türkiyə və digər ölkələrin idmançıları mübarizə aparacaq. Qaydasız döyüş müəllimi, eyni zamanda hakim Rəşad Yaqubov Sputnik-ə bildirib ki, bu turnir ənənəvi olaraq hər il Ağdamda keçirilib.

"Müharibə şəraiti ilə əlaqədar bu il turniri Bakıda keçirmək qərarı verilib. Bu dəfə peşəkar qaydasız döyüşdə yalnız kişilər iştirak edəcək. Qızların iştirakı gələn turnirlərdə nəzərdə tutulur", — R. Yaqubov qeyd edib.

Xəbər lenti
0