Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Bürünc il"in qızıl oğlanları: bürünc qazandıran məşqçi

© Photo : müəllifin şəxsi arxivindənƏhməd Ələsgərov
Əhməd Ələsgərov - Sputnik Azərbaycan
Abunə olmaq
Gəlmə baş məşqçi Moskvaya getmək qərarına gəlir və "Neftyanik"i taleyin ümidinə buraxır. 1966-cı ildə tələm-tələsik baş məşqçi postunu hələ çox gənc olan Əhməd Ələsgərov tutur.

BAKI, 19 apr — Sputnik. Ötən yüzilliyin 60-cı illəri. Dünya iki düşərgəyə bölünüb. "Soyuq müharibə" getdikcə qızışır. Karib böhranı təzəcə ötüşüb. SSRİ-də saraydaxili çevriliş nəticəsində rəhbərlik dəyişib. Con Kennedi öldürülüb. Hər yerdə milli-azadlıq hərəkatı gedir. Beynəlxalq vəziyyət həddindən artıq gərgindir. Bununla yanaşı, məhz 60-cı illərdə bütün dünyada mədəniyyətin və incəsənətin görünməmiş dərəcədə çiçəklənməsi baş verir. 

1965-ci ildə Məmmədov ədalətsiz olaraq baş məşqçili postundan kənarlaşdırıldı. Kluba Vasili Sokolov rəhbərlik etməyə başladı. Onun gəlişindən sonra korifeylər Adamas Qolodets və Yuri Kuznetsov klubu tərk edirlər. Birinci Moskva "Lokomotiv"inin, Kuznetsov isə Moskva "Dinamo"sunun ikinci məşqçisi olur. "Neftyanik"nin ikinci məşqçisi, Sokolovun köməkçisi postuna isə futbolçu karyerasını yenicə bitirmiş Əhməd Ələsgərov təyin edilir. Tezliklə gəlmə baş məşqçi Moskvaya getmək qərarına gəlir və "Neftyanik"i taleyin ümidinə buraxır. 1966-cı ildə tələm-tələsik baş məşqçi postunu hələ çox gənc olan Əhməd Lətif oğlu Ələsgərov tutur. O, sələfləri tərəfindən yaradılmış bazadan məharətlə istifadə edərək "Neftyanik"i inamla SSRİ çempionatında medala qədər gətirib çıxarır.Eyni zamanda idman nailiyyətlərinin kəskin yüksəlişi baş verir. Futbol planetdə daha çox ölkəni əhatə edir. SSRİ-də futboldan həzz alırlar, Azərbaycan da istisna deyil. Bakı "Neftyanik"inin ev matçlarını keçirdiyi mərkəzi stadionda iynə atsan, yerə düşməz. 60-cı illərin ortalarında, məhz 1966-cı ildə Azərbaycan futbolu kəskin yüksəliş dövrünü yaşayırdı. Boris Arkadyeviçin, sonralar onu əvəz edən və "Neftyanik"in gələcək zəfərləri üçün çox şey edən, dünya və sovet futbolunun əfsanəsi Ələkbər Əmiroviç Məmmədovun səyi nəticəsində Bakı futbol klubu sovet futbol avtoritetlərini darmadağın edir. Anatoli Banişevski, Kazbek Tuayev, Valeri Hacıyev, Eduard Markarov, Yaşar Babayev — Bakı "Neftyanik"inin bu oyunçuları sovet futbol ulduzları ilə bir sırada dururdu. Biz rubrikamız çərçivəsində 60-cı illərin əfsanəvi Bakı futbol klubuna silsilə yazılar həsr edirik. Biz bunu SSRİ çempionatının bürünc medallarının sahibi "Neftyanik"in uğurunun 50 illik yubileyi ərəfəsində edəcəyik.

Əhməd Ələsgərov

Əhməd Ələsgərov 1935-ci ilin 5 oktyabrında Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub. Müharibə və müharibədən sonrakı dövrdəki əksər oğlanlar kimi o da futbolu hədsiz sevirdi. O vaxtlar bakılı uşaqlar sovet futbolunun uğurlarına heyran idilər və Əhməd də istisna deyildi. On yaşlı oğlan Moskva "Dinamo"sunun Böyük Britaniyadakı turnesindən xüsusilə həzz almışdı. Vsevolod Bobrovun irəli apardığı əfsanəvi sovet futbolçularının adlarını bütün sovet oğlanları əzbər bilirdilər. Bakılı oğlanlar da bu top ustalarına oxşamaq istəyirdilər.Onlardan bir çoxu sonralar ali məktəblərə daxil oldular və başqa işlərlə məşğul oldular. Amma bu oyunuın pərəstişkarı olmaqda davam etdilər. Bəziləri üçünsə futbol bütün həyatlarının peşəsi oldu. Onlardan biri də Ələsgərov idi. Hələ məktəbdə ikən o, fəal şəkildə futbol oynayırdı və bu, onda pis alınmırdı. Onun fərqinə vardılar və şəhərin yığmasında oynamağa dəvət etdilər. Daha sonra o, gənclər və şəhər komandalarının yığmasında oynadı. 

© Photo : müəllifin şəxsi arxivindənÖn sırada: Valeri Hacıyev, Eduard Markarov, Anatoli Banişevski və Mübariz Zeynalov. Ayaq üstə duranlar: baş məşqçi Əhməd Ələsgərov, məşqçi Valentin Xlıstov, Vyaçeslav Şexov, Kazbek Tuayev, Anatoli Qryazev, Nikolay Boqdanov, Yaşar Babayev, Aleksandr Trofimov, Vladimir Bruxtiy, Sergey Komarenko və komandanın rəhbəri Şövkət Orduxanov
Ön sırada: Valeri Hacıyev, Eduard Markarov, Anatoli Banişevski və Mübariz Zeynalov. Ayaq üstə duranlar: baş məşqçi Əhməd Ələsgərov, məşqçi Valentin Xlıstov, Vyaçeslav Şexov, Kazbek Tuayev, Anatoli Qryazev, Nikolay Boqdanov, Yaşar Babayev, Aleksandr Trofimov, Vladimir Bruxtiy, Sergey Komarenko və komandanın rəhbəri Şövkət Orduxanov - Sputnik Azərbaycan
Ön sırada: Valeri Hacıyev, Eduard Markarov, Anatoli Banişevski və Mübariz Zeynalov. Ayaq üstə duranlar: baş məşqçi Əhməd Ələsgərov, məşqçi Valentin Xlıstov, Vyaçeslav Şexov, Kazbek Tuayev, Anatoli Qryazev, Nikolay Boqdanov, Yaşar Babayev, Aleksandr Trofimov, Vladimir Bruxtiy, Sergey Komarenko və komandanın rəhbəri Şövkət Orduxanov

1965-ci ili "Neftyanik" Moskva "Torpedo"su (yeri gəlmişkən, həmin il ölkə çempionu oldu) üzərində parlaq qələbə ilə başladı — 3:0. Lakin sonradan ayrı-ayrı qələbələrlə növbələnən acınacaqlı məğlubiyyətlər zolağı başladı. Komandanın məşqçisi Məmmədovun komandanın formalaşması prosesinə müdaxilə edən və növbəti oyunların heyətinin təyin olunmasını nəzarət altına alan idmanın "böyük" rəhbərləri ilə münasibətləri alınmırdı. Komandanın ikinci dövrədə uğursuzluqları davam edəndə, oyunçuların narazılığına baxmayaraq, "Neftyanik"də rəhbərlik dəyişikliyi baş verdi. Bakılılar Moskvaya "Spartak"la oyuna gəldikdən sonra elan olundu ki, baş məşqçi əməkdar idman ustası Vasili Sokolov təyin edilib. 1965-ci ildə respublikanın futbol federasiyasının sədri postuna Azərbaycan KP MK-də şöbə müdiri olan Adil Eldarov seçildi. Analoji olaraq SSRİ Futbol federasiyasında rəyasət heyətinə nazirliklərin, idarələrin ikinci şəxsləri, ÜİLKGİ MK, mətbuat nümayəndələri və s. seçilirdilər.Əhmədə öz gücünü Bakı "Neftyanik"ində sınamaq təklifi veriləndən sonra onun karyerası daha yüksək səviyyədə davam etdi. Onda əsas heyətə düşməklə bağlı ciddi rəqabət var idi, amma Ələsgərov 10 ilə yaxın çıxış etdiyi komandada möhkəmlənə bildi. O, yarımmüdafiəçi mövqeyində oynayırdı. Futbol karyerası ilə təhsili birləşdirən Əhməd Ələsgərov Bakı Bədən Tərbiyəsi İnstitutunu bitirdi. O, öz komandası üçün çox faydalı futbolçu oldu. Bunu komandaya rəhbərlik etmiş bütün baş məşqçilər qeyd edirdilər. Lakin 10 mövsümdə doğma klubu üçün 115 oyun keçirmiş Əhməd 1965-ci ildə futbolçu karyerasına son qoymaq qərarına gəldi.

Qolodesin yoxluğunda (o Moskva "Lokomotiv"inin ikinci məşqçisi idi), respublika futbolunun rəhbərliyi gənc Ələsgərovu "Neftyanik"in ikinci məşqçisi təyin etdi, Sokolov Moskvaya getdikdən sonra isə gənc mütəxəssis komandanın baş məşqçisi postuna gətirildi. Ələsgərov çox düşünmədən razılaşdı və baş məşqçi qismində Rostova getdi. Burada "Neftyanik" mövsümdə ilk qələbəsini qazandı. Sonra o komandanın hazırlıq prosesini və oyun modelini dəyişdirdi və qələbələr bir-birinin ardınca gəlməyə başladı. Nəticədə "Neftyanik" üçüncü yeri tutaraq bürün medalları qazandı.

Bu uğurdan sonra "Neftyanik" yaxşı çıxış edərək ilk onluğu tərk etmədi. Lakin bir müddətdən sonra problemlər başladı. Əhməd Ələsgərov komandanı tərk etmək qərarına gəldi. Bir çox klublar gənc, lakin artıq məşhur olan məşqçiyə iddialı idilər. Həmin vaxt SSRİ çempionu olan Voroşilovqrad "Zarya"sına çağırırdılar. Lakin bu kastinqi Odessanın "Çernomorets" komandası uddu. Hətta Ukrayna Kommunist partiyası MK-nın katibi Poqrebnyak Ələsgərovla söhbət etdi. Tezliklə Ələsgərov Odessaya getdi və vilayət icraiyyə komitəsi, gəmiçilik, həmkarlar ittifaqından olan çoxsaylı insanlarda görüşdü. O hətta vilayət komsomolunun birinci katibi Ruslan Bodelanla söhbət etdi. Ümumi səylərlə odessalı rəsmilər Ələsgərovu yola gətirə bildilər. Onda "Çernomorets" birinci liqada 14-cü yerdə idi. 

© Photo : müəllifin şəxsi arxivindənƏhməd Ələsgərov
Əhməd Ələsgərov - Sputnik Azərbaycan
Əhməd Ələsgərov

Ələsgərov daha bir neçə mövsüm Odessada işlədi, amma müəyyən məqamda klubu tərk etmək barədə qətiyyətli qərar qəbul etdi. Bu qərar qəflətən ortaya çıxmadı. Ələsgərov "Çernomorets"i SSRİ çempionu etmək istəyirdi, amma ona komandada görmək istədiyi oyunçuları dəvət etməyi qadağan etmişdilər, görünür müəyyən qüvvələr ölkədə mükafat uğrunda daha bir rəqibin peyda olmasını istəmirdilər. Əhməd Ələsgərov hiss edirdi ki, pərdəarxası oyunlar gedir və belə şəraitdə komandanı idarə edə bilməz. Bununla yanaşı, komandanın bir çox oyunçuları bürünc medal qazandıqdan sonra doğma şəhərlərində şöhrət sınağına psixoloji cəhətdən hazır deyildilər. Onlar məşq prosesinə daha az peşəkar münasibət bəsləyirdilər və fiziki yüklərini azaltmışdılar. Uşaqlar sadəcə oyunda lazım olacaq şəkildə oynamırdılar. Nəticədə komanda ölkə çempionatının mükafatçısına layiq oyun nümayiş etdirməyi dayandırdı. "Çernomorets" turnir cədvəlində aşağı enməyə başladı. Bütün amilləri təhlil edəndən sonra 1977-ci ilin ortalarında Ələsgərov komandanı tərk etmək qərarına gəldi.Ələsgərov müsahibələrinin birində bu illəri belə xatırlayır: "Mən komandaya gələndə, dərhal intizamı möhkəmlətdim, fiziki yükü artırdım. Bundan əlavə, gördüm ki, uşaqların psixoloji hazırlığı zəifdir — oyunlardan sonra çoxları qüvvələrini bərpa edə bilmirdilər. Hər şeyi kökündən dəyişməli oldum — motivasiya, oyunçuların çevikliyi artdı və ən əsası meydançada oyunun mənzərəsi dəyişdi. Bunu bir çox mütəxəssislər qeyd ediblər. Mən hesab edirəm ki, futbol musiqi ilə oxşardır — burada notlarla oynamaq lazımdır. Onda "Çernomorets"lə mən yaxşı musiqi əsəri yarada bildim. Biz nəticə əldə etmək üçün gecə-gündüz çalışırdıq və 1974-cü ildə zəfər qazanaraq güclülər dəstəsinə daxil olub üçüncü yeri tutduq. Biz çoxlu müxtəlif mükafatlar qazandıq. Yadımdadır ki, medalları Dənizçilər sarayında təqdim etdilər. Azarkeşlər bu uğuru böyük çoşqu ilə qeyd edirdilər — demək olar ki, bu odessalılar üçün daha bir böyük dövlət bayramı idi".

Uzunmüddətli məşqçilik karyerasında Əhməd Ələsgərov həmçinin Düşənbənin "Pamir" və Moldovanın "Zimbru" komandalarını çalışdırıb. O, Azərbaycan yığmasına iki dəfə rəhbərlik edib — 90-cı illərin əvvəllərində, sonra isə 1998-2000-ci illərdə. Yığmaya Ələsgərovun rəhbərlik etdiyi vaxtlarda az-çox yaddaqalan matçı kimi 2000-ci ilin Avropa çempionatının seçmə mərhələsində Portuqaliya ilə oyunu qeyd etmək olar. Biz evdə oynayırdıq və tarixi qələbə qazana bilərdik. Oyunun 94-cü dəqiqəsinə qədər hesab 1:0 idi, amma sonra portuqaliyalıları onların futbol dahisi Luiş Fiqu xilas etdi.

Görkəmli azərbaycanlı məşqçinin adı sovet futbolu tarixinə həmişəlik yazılıb. Ələsgərov Azərbaycanın, Ukraynanın və Tacikistanın əməkdar məşqçisidir. Ömrünün son illərində o, Ukraynada yaşayırdı və təqaüddə idi. Amma vətəni ilə əlaqələrini itirməmişdi, onun əziz xatirəsi Azərbaycanın futbol pərəstişkarlarının yaddaşında 1966-cı ildə keçirilən SSRİ çempionatında onların sevimli komandası "Neftyanik"ə bürünc medalı qazandırmış məşqçi olaraq həmişəlik qalır.

Azərbaycan futbolunun veteranı, görkəmli sovet məşqçisi, "bürünc qazandıran", Əhməd Lətif oğlu Ələsgərov 19 may 2015-ci ildə Odessada 80 illiyinə cəmi 4 ay qalmış vəfat etdi.

Müəllifin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Xəbər lenti
0