Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“Olympic Moves” yarışının qalibləri müəyyən olub

© Photo : APA TV / Nicat AliliOlympic Moves layihəsi qaliblərinin mükafatlandırılma mərasimi
Olympic Moves layihəsi qaliblərinin mükafatlandırılma mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Dörd idman növündə finalçılar mübarizə aparıb və peşəkar hakimlər tərəfindən qaliblər müəyyən olunub.

BAKI, 28 apr — Sputnik. 4 gün davam edən “Olympic Moves” idman yarışının qalibləri müəyyən olub.  Dörd idman növündə finalçılar mübarizə aparıb və peşəkar hakimlər tərəfindən qaliblər müəyyən olunub. Badminton üzrə yarışların qalibi Suraxanı rayon 104 nömrəli məktəb olub. İkinci yeri Xətai rayon 260 nömrəli məktəbin şagirdləri tutublar. Üçüncü pilləyə isə Binəqədi rayon 244 saylı orta məktəbin idmançıları layiq görülüblər.

Kifayət qədər maraqlı keçən basketbol yarışlarının finalında Nərimanov rayon 200 saylı orta məktəb idmançıları Nizami rayon 220saylı orta məktəbin basketbolçularını böyük üstünlüklə məğlub ediblər. Üçüncülüyə isə Xətai rayon 17 saylı məktəb laiq görülüb. 

Yüngül atletika yarışlarında isə 3-cü yeri komanda qismində Səbail rayonunun 132-134 saylı orta məktəbləri tutub, finalda qarşılaşan Nərimanov rayonun “Ankara Liseyi” Suraxanı rayonunun 89 saylı orta məktəbindən daha güclü olub və yarışın ən yüksək pilləsinə layiq görülüb.

Velosiped idmanı üzrə keçirilən final yarışlarında  birinci yer uğrunda bir komanda şəklində çıxış edən Səbail rayonunun 132-134 saylı və Nizami rayonunun 251 saylı orta məktəbinin komandaları mübarizə aparıb və nəticədə 251 nömrəli məktəb şagirdləri qızıl medala sahib olublar. Sözügedən idman növündə üçüncülüyü 183 saylı orta məktəbin komandası layiq görülüb. Yarışda fasilələr zamanı peşəkar basketbolçular şou göstərib. Azarkeşlər şounu böyük maraqla qarsalayıblar. 

Təhsil Naziri Mikayıl Cabbarov, Gənclər və İdman naziri Azad Rəhimov, Olimpiya çempionu Fərid Mansurov, millət vəkili Fuad Muradov, Olimpiya komitəsinin vitse- prezidenti Çingiz Hüseynzadə, Velosiped federasiyasının vitse-prezidenti Sahib Ələkbərov qaliblərə medallar və diplomları təqdim etdərək onları təbrik ediblər və uğurlar arzulayıblar. 

Qaliblər mükafatlandırılandan sonra məktəblilər üçün nəzərdə tutulan şou-proqram başlayıb. Gənc müğənnilər musiqi nömrələri ilə çıxış ediblər. 

Xəbər lenti
0