Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

12 ölkə arasında mübarizə davam edir

Abunə olmaq
Yarışın ikinci günündə yunan-Roma güləşi üzrə 100 gənc pəhləvan yarışır. Rəşad Abdulov ( 50 kq), Elşad Məmmədov (55 kq), Nicat Abdullayev (74 kq) artıq yarışda bürünc medal qazanıblar

BAKI, 27 apr — Sputnik. "Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir. Güləş Federasiyasının mətbuat xidmətindən Sputnik-ə veriləm məlumata görə, turnirdə Azərbaycanla yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, İran, Bolqarıstan, Rusiya, İraq, Türkiyə və Qazaxıstan pəhləvanları mübarizə aparır.

Yarışın ikinci günündə yunan-Roma güləşi üzrə 100 gənc pəhləvan yarışır. Rəşad Abdulov (50 kq), Elşad Məmmədov (55 kq), Nicat Abdullayev (74 kq) artıq yarışda bürünc medal qazanıblar. Digər çəkilər üzrə mübarizələr davam edir.

Xatırladaq ki, qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunur.

Xəbər lenti
0