05:54 27 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
İDMAN
Qısa URL
3701

Turnirdə Azərbaycanla yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, İran, Türkiyə, Bolqarıstan, Rusiya, Türkiyə və Qazaxstan pəhləvanları mübarizə aparacaq

BAKI, 21 apr — Sputnik. 26-29 aprel 2016-cı il tarixdə "Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında, Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək. Güləş Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, turnirdə Azərbaycanla yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, İran, Türkiyə, Bolqarıstan, Rusiya, Türkiyə və Qazaxstan pəhləvanları mübarizə aparacaq.

Aprelin 24-25-də isə Bakıda Dünya Güləş Birliyinin növbəti hakimlik kursu təşkil olunacaq. İki gün davam edəcək kursda iştirak edən hakimlər sonda dərəcə imtahanı verərək sınaqdan keçiriləcək. İmtahanı uğurla keçən III dərəcəli beynəlxalq hakimlər II dərəcəli beynəlxalq hakim statusu alacaq.

Qeyd edək ki, turnirin proqramına əsasən, aprelin 26-da yunan-Roma güləşi üzrə yeniyetmələr, 27-də yunan-Roma güləşi üzrə gənclər, 28-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 29-da isə sərbəst güləş üzrə gənclər mübarizə aparacaq.

Turnirin rəsmi açılış mərasimi 26 aprel 2016-cı il, saat 17.00-da baş tutacaq. Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

Əlaqədar

Bu güləşçilər Azərbaycanı Rio Olimpiadasında təmsil edə bilərlər
Qadın güləşçimiz Avropa Çempionu oldu
Azərbaycan güləşçisi dünya reytinqində liderdir
Qadın güləşçimiz birinciliyi qazandı
Güləş üzrə Avropa çempionatında millimiz böyük heyətlə çıxış edəcək
Güləş üzrə Azərbaycan birinciliyi start götürüb
Teqlər:
sərbəst güləş, yunan-Roma güləşi, "Sərhədçi" İdman Olimpiya Mərkəzi, yarış, turnir, güləş

Əsas mövzular