Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Millimizin baş məşqçisi ilə müqavilə uzadılmadı

Futzal
Futzal - Sputnik Azərbaycan
Abunə olmaq
Futzal üzrə Azərbaycan milli komandasını artıq Perez Moreno Qomez Faustino çalışdırmayacaq.

BAKI, 19 apr — Sputnik. Millimizin baş məşqçisi ilə müqavilə uzadılmayıb.

Sputnik AFFA-ya istinadən məlumat verir ki, futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Perez Moreno Qomez Faustino ölkəmizdə çalışmaqdan məmnun olduğunu bildirməklə, ailə vəziyyəti ilə əlaqədar AFFA rəhbərliyindən müqavilənin qarşılıqlı razılıq əsasında yenilənməməsini xahiş edib.

AFFA rəhbərliyi isə öz növbəsində, P.Faustinoya gördüyü işlərə və yığmamıza qazandırdığı uğurlara görə təşəkkür edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Xəbər lenti
0