21:36 18 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Formula 1 yarışları. Arxiv şəkli

"Əcnəbilər şəhərimizin tam simasını görə biləcəklər"

© Sputnik / Vladimir Astapkovich
İDMAN
Qısa URL
3310

Bakıda keçiriləcək Avropa Qran Prisi ilə bağlı vətəndaşların fikirləri müxtəlifdir. Yarışın önəminə diqqət çəkənlərlə yanaşı, sosial problemlərin həllini daha vacib sayanlar da var.

BAKI, 19 apr — Sputnik. Yay aylarında Bakıda keçiriləcək Formula 1 yarışları ilə bağlı ənənəvi sorğularımızı davam etdiririk. Sputnik fəal gənclərin Avropa Qran Prisinin Bakıda keçirilməsinə münasibətlərini təqdim edir.

Əfsələddin Ağalarov — jurnalist: "Artıq illərdir ki, ölkənin təbliğatı üçün müxtəlif işlər görülür, layihələr keçirilir. İldən-ilə bu layihələrin miqyası böyüyür və Bakı daha böyük idman yarışlarına ev sahibliyi edir. Əlbəttə, kənardan baxıldığında bu layihələr bir çoxları üçün mənasız görünsə də, beynəlxalq layihələrdə iştirak etmək və ona ev sahibliyi etmək ölkəmizin tanıtımı üçün çox böyük önəm daşıyır. Şəhərimizin gözəlliyini, xarici turstlərin ölkəmizə olan marağını və xaricdən ölkəyə pul axınını sürətləndirmək üçün bu cür layihələr önəmlidir. Əminəm ki, 20 ölkənin ev sahibliyi etdiyi "Formula 1" yarışı təqviminin tam mərkəzində yer almış, sayca 10-cu Qran Pri olan Bakı Avropa Qran Prisi öz unikallığı ilə seçiləcək. Yarışı izləyən milyonlarla tamaşaçı və xarici ölkə vətəndaşları şəhərimizin tam simasını görə biləcəklər".

Türkay Cəfərli — aktyor: "Mənim fikrimcə, öncə ölkədəki sosial problemləri həll etmək lazımdır. Heç nə yox, ona ayrılan pulun yarısı mədəniyyət sahəsinin müxtəlif bölmələrinə ayrılsaydı, daha gözəl olardı. İkinci problem yarışla əlaqədər tıxacların yaranacağı ilə bağlıdır. Bir sözlə, mədəniyyətə diqqət ayrılsa, daha çox uğur qazanmaq olar".

Əlaqədar

Formula 1 Azərbaycanda maliyyə bazarına necə təsir göstərəcək?
Formula-1-in faydası barədə fikirlər haçalandı
"Formula 1-ə qərar veriləndə devalvasiya olacağı ağıla gəlmirdi"
Nazir: Formula 1-in bilet satışından 3-4 milyon gəlir əldə edəcəyik
Fernando Alonso Formula 1 Avropa Qran Prisinin rəsmi elçisi elan olundu
Formula 1-in akkreditasiya qaydaları açıqlandı
Teqlər:
yarış, Türkay Cəfərli, Əfsələddin Ağalarov, Avropa Qran Prisi, Formula 1 yarışları

Əsas mövzular