Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bu güləşçilər Azərbaycanı Rio Olimpiadasında təmsil edə bilərlər

© Photo : AZERBAIJAN WRESTLING FEDERATIONSərbəst güləş üzrə gənclər arasında respublika çempionatı
Sərbəst güləş üzrə gənclər arasında respublika çempionatı - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa Olimpiya Təsnifat Turnirində ölkəmizi Mahmud Məhəmmədovla (57 kq) Cəbrayıl Həsənov (74 kq) təmsil etməli olacaqlar.

BAKI, 12 apr — Sputnik. Aprelin 15-də Serbiyanın Zrenyanin şəhərində start götürəcək Avropa Olimpiya Təsnifat Turnirində Azərbaycanı 2 sərbəst güləşçi təmsil edəcək.

Üç gün davam edəcək yarışa Avropa çempionları Mahmud Məhəmmədovla (57 kq) Cəbrayıl Həsənov (74 kq) qatılacaq.

Daha öncə yunan-Roma güləşçiləri müəyyənləşib. Azərbaycanı bu növdə Kamran Məmmədovla (66 kq) Şalva Qadabadze (98 kq) təmsil edəcək.

Pəhləvanlar finala vəsiqə qazanacaqları halda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar. 

Xəbər lenti
0