12:15 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
145 0 0

Adil Əliyev: "Azərbaycan Kikboksinq Federasiyası cəmiyyətdə vətənpərvərlik ruhunun qalxmasında öz töhfəsini verir və qarşıda bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb"

BAKI, 12 apr — Sputnik. Aprelin 9-da Göygöl rayonunda, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kikboksinq Federasiyası və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə, mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş peşəkarlar üzrə reytinq və kəmər uğrunda döyüşlər keçirilib. Kikboksinq Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, tədbir Azərbaycanın ərazi bötüvlüyü uğrunda şəhid olan əsgər və zabitlərin ruhunu bir dəqiqəlik yad etməklə başlayıb.

Tədbirin açılışında çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev bu yarışların davamlı olaraq keçirildiyini deyib: "Bu gün ölkəmizdə idmana böyük maraq yaranıb. Ölkə rəhbərliyi idmanın inkişafı üçün hərtərəfli imkan və şərait yaradıb. Azərbaycan Kikboksinq Federasiyası cəmiyyətdə vətənpərvərlik ruhunun qalxmasında öz töhfəsini verir və qarşıda bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb".

Qeyd edək ki, reytinq döyüşlərinin qalibləri 57 kq Məmmədzadə Nəcməddin (Neftçi 57 kq), Mədətov Sərxan (Quba 60 kq),Əliyev Ruslan (Qızıl Əlçək 63,5), Əliyev Elxan (71 kq Gəncə), Kamalov Elnur (DİN 75 kq), Aslanlı Alişan (Orion 86 kq), Abdullayev Rail (Citkundo 86kq) və kəmər döyüşünün qalibləri Qədimov Arzuman (Naxçıvan 71 kq), Məlikov Orxan (Naxçıvan 86 kq) olub. Sonda kikboksinqin inkişafında göstərdiyi xidmətlərə görə, məqşçilər və hakimlər federasiya tərəfindən Fəxri Diplomla mükafatlandırılıb.

Əlaqədar

Kikboksçumuz erməni idmançını məğlub etdi
Kikboksçularımızun Almaniya və İsveçrə sınağı
Azərbaycanlı idmançı Londonda kikboks klubu açıb
Kikboksinq üzrə Azərbaycan çempionatı DİN İdman Cəmiyyətinin qələbəsi ilə başa çatıb
Kikboks üzrə Respublika Çempionatında qalmaqal
Teqlər:
Göygöl Rayon İcra Hakimiyyəti, Azərbaycan Kikboksinq Federasiyası, Adil Əliyev, Gənclər və İdman Nazirliyi, kikboks

Əsas mövzular