05:02 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
7002

Avropalı hakimlər öz qonşu ölkələrindən olan idmançılara kömək ediblər. Azərbaycan və Türkiyədən olan idmançılar açıq şəkildə sıxışdırılıb.

BAKI, 11 apr — Sputnik. Almaniyanın Nuenberq şəhərində S.K.D.U.N şotakan karate üzrə 6-cı Avropa çempionatı keçirilib. 1-3 apreldə baş tutan çempionatda Azərbaycan 6 nəfər idmançı ilə təmsil olunub.

Rafael Ağayev
© Photo : R.Ağayevin şəxsi arxivi

Avropa çempionu Həsən Quliyev Sputnik-ə açıqlamasında yarış barəsində təəssüratlarını bölüşüb: "Yarışda hakimlər tərfkeşlik edirdilər. Xüsusilə Avropa ölkələrindən olan hakimlər öz qonşu ölkələrindən olan idmançılara kömək edirlər. Bizim idmançıları açıq şəkildə sıxışdırırdılar. Xüsusilə rumın və serb hakimlər daha çox döyüş zamanı haqsızlıqlar edirdilər".

"Qeyd edim ki, tək bizə qarşı yox, elə qardaş Türkiyə idmançılarına qarşı da belə haqsızlıqlar olurdu. Etirazlarımıza baxmayaraq, yenə də bu tərəfkeşlik davam edirdi. Hakim haqsızlıqlarına baxmayaraq, komandamızın hər bir üzvü layiqli mübarizə apardı və sona kimi döyüşüb qələbə qazandıq", —deyə H. Quliyev bildirdi.

Xatırladaq ki, 21-39 yaş arası idmançıların mübarizəsində kata və kumitedə —85 kq çəki dərəcəsində Sədi Namazov, 85+ kq çəkidə isə Həsən Quliyev uğurla çıxış edərək qızıl medala sahibi olub. Açıq çəkidə Aqşin İbrahimov komanda yarışında birinci yeri, fərdi yarışda isə ikinci yeri qazanıb.

12-13 yaşarası, 40 kq çəkidə Bayramzadə İsmayıl katada birinci yeri, 18-21 yaş arası 60 kq çəkidə Murad Səmədzadə komanda yarışında birinci yeri, fərdi yarışda üçüncü yeri qazanıblar. 45 kq çəkidə isə Əhməd İsgəndərov yarışaraq kumitedə ikinci yerə yüksəlib.

Əlaqədar

Karateçimiz İlahə Qasımova qalib gəldi
"Şəxsi intriqalar federasiyanı idman aləmindən təcrid etdi"
"Qərb idman növlərində fəlsəfə yoxdur"
"İdmanı siyasətə qatmaq olmaz"
Kikboksçumuz erməni idmançını məğlub etdi
Brüssel terrorunun şübhəlisi məşhur idmançının qardaşıdır
Teqlər:
hakim, haqsızlıq, Avropa çempionatı, şotakan, idman, karate

Əsas mövzular