Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Formula 1 Azərbaycanda maliyyə bazarına necə təsir göstərəcək?

© Sputnik / Евгений Одиноков / Mediabanka keçidFormula 1 yarışları. Arxiv şəkli
Formula 1 yarışları. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bank işçisi: "Bu prosesdə xarici şirkətlər vasitəsilə ölkədən valyuta axını baş verə bilər. Eyni zaman əcnəbi yarış iştirakçıları və tamaşaçılar özləri ilə gətirdikləri valyutanın böyük bir hissəsini burada xərcləyəcəklər"

BAKI, 7 apr — Sputnik. Cari ilin iyununda Bakıda keçiriləcək Formula 1 yarışları ilə bağlı ənənəvi sorğularımızı davam etdiririk. Sputnik daha iki nəfərin Avropa Qran Prisinin Bakıda keçirilməsinə münasibətini təqdim edir.

Фан-зона Формулы-1 в Баку - Sputnik Azərbaycan
İDMAN
Avropa Qran Prisinin başlama vaxtı dəyişdi

İlkin Xaliq — şair: "Əvvəla, deyim ki, bu yarışların keçirilməsi üçün Bakı şəhəri təklif edilərkən, Azərbaycanda heç bir devalvasiya baş verməmişdi. Digər tərəfdən bu kimi tədbirlərin keçirilməsi ölkəmiz haqqında erməni lobbisinin illər boyu yaratdığı vəhşi xalq obrazının dağıdılmasına və turizmə hesablanıb. Odur ki, gələcəyə hesablanmış bu kimi tədbirlərin hər hansı xərc hesabına olsa da, keçirilməsini məqsədəuyğun hesab edirəm".

Ramin Əliyev — bank işçisi: "İstənilən beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin xeyrinədir. Bu tədbirin keçirilməsinə nə qədər vəsait ayrılıb və bundan gözlənilən gəlir nə qədər olacaq, bu haqda tam məlumatlı deyiləm. Bu yarışla bağlı təşkilati işlər, yarışın keçirilməsi üçün nəzərdə tutulan yolların çəkilməsi yerli şirkətlər tərəfindən həyata keçirilir və yaxud xarici şirkətlər tərəfindən aparılır. Bu da bizim üçün önəmli məsələdir. Yəni, əgər xarici bir şirkət burada gördüyü işin müqabilində hansısa məbləğdə xalis gəlirini götürüb ölkədən gedirsə, ölkədən valyuta axını baş verəcək.

Болид Формулы 1, выставленный на бакинском бульваре - Sputnik Azərbaycan
İDMAN
Formula-1-in faydası barədə fikirlər haçalandı

Tədbirin keçirilməsi üçün zəruri avadanlıqlar, yüksək keyfiyyətli tikinti materiallarının alınması da yəqin ki, xarici ölkələrdən planlaşdırılır. Bunu da ölkədən valyuta axını yaradan amil hesab etmək olar. Devalvasiya şəraitində isə bu öz növbəsində ölkədə planlaşdırılan valyuta siyasətinə öz mənfi təsirini göstərə bilər.

Formula 1 yarışlarının Azərbaycanda keçirilməsinin ən müsbət cəhətlərindən biri də ölkəmizdə turizm sahəsinin bu fürsətdən faydalanması ola bilər. İstənilən halda bu yarışmaya qatılan və xaricdən ölkəmizə gələn istər iştirakçılar, istərsə də tamaşaçılar özləri ilə gətirdikləri valyutanın böyük bir hissəsini burada xərcləyəcəklər ki, bu da ölkədə valyuta siyasətinə birbaşa öz təsirini müsbət mənada göstərəcək".

Xəbər lenti
0