Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Kikboksçumuz erməni idmançını məğlub etdi

© Photo : Golden Glove Sport Club25-27 mart 2016-ci il tarixlərində Gürcüstan Respublikasının Marneuli şəhərində kikboksinq üzrə beynəlxalq turnir keçirilib
25-27 mart 2016-ci il tarixlərində Gürcüstan Respublikasının Marneuli şəhərində kikboksinq üzrə beynəlxalq turnir keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
"Qızıl Əlcək" İdman Klubunun idmançısı Natiq Kazımov finalda erməni idmançısı Levan Davidiyanı peşəkar döyüşdə məğlub edərək qızıl medala layiq görülüb

BAKI, 29 mart — Sputnik. 25-27 mart 2016-ci il tarixlərində Gürcüstan Respublikasının Marneuli şəhərində kikboksinq üzrə beynəlxalq turnir keçirilib. Kikboks Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, turnirdə Azərbaycan Kikboksinq Federasiyasının üzvü, "Qızıl Əlcək" İdman Klubunun idmançısı Natiq Kazımov finalda erməni idmançısı Levan Davidiyanı peşəkar döyüşdə məğlub edərək qızıl medala layiq görülüb.

Xatırladaq ki, həmin yarışda Azərbaycan Kikboksinq Federasiyasının üzvləri Nihat 39 kq, Balayev Fərid 51 kq, Qəribov Fərid67 kq, Nəcəfzadə İlkin 81 kq, Kazımov Natiq 60 kq, qızıl, Xəlilov Şakir 54, Əliyev Rəhim 75 kq çəkidə mübarizə aparıblar. Yarışda idmançılarımız 5 qızıl, 2 gümüş medal qazanıblar.

Xəbər lenti
0