02:48 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
Болид Формулы 1, выставленный на бакинском бульваре

Formula-1-in faydası barədə fikirlər haçalandı

© Sputnik / Murad Orujov
İDMAN
Qısa URL
8201

Anar Niftəliyev: Azərbaycanın geosiyasi durumunu nəzərə alanda da bu tədbirlərin keçirilməsinin mahiyyətini anlamaq olar.

BAKI, 28 mar – Sputnik. Ölkəmizdə keçiriləcək Formula-1 oyunlarına sayılı günlər qalıb. Kifayət qədər bahalı və baxımlı yarışın ölkəmizdə keçirilməsinə Sputnik-in əməkdaşı ölkə vətəndaşlarının münasibətini alıb. Fikirləri təqdim edirik. 

Vaqif Hüseynov – marketoloq:

“Düşünürəm ki, Formula-1 yarışları marka dəyəri kifayət qədər yüksək olan bir idman növüdür, adətən bu idmanı elit təbəqə izləyir, ona görə də nəzər yetirsək, əslində bu tip yarışlar kifayət qədər məşhur və bahalı şəhərlərdə keçirilir. 

Devalvasiya dövrünə təsadüf etməsi, neftin ucuzlaşması və bu kimi məsələlərin fonunda Formula-1 yarışına uğursuz planlama deyə bilərik, amma turizmin inkişafı nöqteyi nəzərindən tam əleyhinə də deyiləm, çünki ölkəmiz çox sayda turist qəbul edəcək”. 

Anar Niftəliyev – jurnalist:

“Bu məsələni ciddi araşdırmamışam və ona görə də bu barədə ictimaiyyət üçün fikir demək çətindir. Şəxsi qənaətim isə belədir: nazir Azad Rəhimov bu yarışlar üçün həddən artıq az məbləğ xərclənəcəyini dedi. Hesab edirəm ki, Azərbaycan bir müddət öncə (devalvasiyadan əvvəl) bu öhdəliyi götürübsə və bu yarış Azərbaycanın dünyada təbliğinə xidmət edirsə, devalvasiyadır deyə, yüngül xərcdən imtina etmək naminə götürdüyümüz öhdəliyi yerinə yetirməmək və bu təbliğatdan imtina etmək doğru olmazdı. Azərbaycanın geosiyasi durumunu nəzərə alanda da bu tədbirlərin keçirilməsinin mahiyyətini anlamaq olar. Üstəlik, turizm sektorunun inkişafı baxımından da gərəklidir”.

Röya Rəfiyeva – jurnalist:

“Bu yarışların keçirilməsinin ölkəyə hər hansı xeyri olacağını düşünmürəm. Əksinə, iqtisadi böhran vəziyyətində olan bir ölkə üçün bu, çox ciddi mənfi nəticələrə səbəb ola bilər. Yarışa milyonlarla manat pul xərclənəcək. Bəs qazanc nə olacaq? Avropa Oyunlarına görə ölkənin qazancı nə oldu ki? Oyunlara gələnlərin xərcini belə Azərbaycan hökuməti üzərinə götürmüşdü. Bu oyunlarda isə ölkəyə turist gələcək, ölkə tanınacaq kimi fikirlərlə razı deyiləm”. 

Əsas mövzular