Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Boş vaxtımı qızlara yox, məşqlərə sərf edirəm"

© Sputnik / Murad OrujovAydın Səfərov
Aydın Səfərov - Sputnik Azərbaycan
Abunə olmaq
Aydın Səfərov: "Yarışlar az keçirilir, beynəlxalq çempionatlarda iştirak etmək üçün maddi dəstək yoxdur. Tək başına nə qədər idmanı davam etdirəcəm, bilmirəm. Köməksiz çox çətindir"

BAKI, 28 mart — Sputnik. Taekvandonun pumse növü üzrə Azərbaycan çempionu və beynəlxalq yarışların mükafatçısı Aydın Səfərovun Sputnik-ə müsahibəsini təqdim edirik:

- Aydın, uzun illər karate ilə peşəkar məşğul olduqdan sonra keçdin taekvandoya. Kənardan oxşarlıq çox görünsə də, əslində fərqli idman növləridir. Bu keçid çətin olmadı?

— Mən düşünürəm ki, taekvandonun döyüşü ilə məşğul olsaydım, bəli, çox çətin olardı. Amma pumse ilə məşğul olduğumdan, o qədər də çətin olmadı. Elə zaman olurdu ki, saatlarla məşq edirdim. Daha dəqiq, üzərimdə çox işlədim, əziyyət çəkdim və nəticədə taekvandoya uyğunlaşa bildim.

Murat Eskici, Türkiyənin Milli Gimnastika Yığmasının texniki rəhbəri - Sputnik Azərbaycan
İDMAN
"Bütün idman növlərində uğur qazanmaq mümkün deyil"

- Karatedən niyə uzaqlaşdın?

— Karatedən uzaqlaşma səbəblərim çox oldu. Bu, karateni bəyənməməkdən irəli gəlmir. Sadəcə bəzi məsələlər məni çıxılmaz vəziyyətdə qoydu. Və vəziyyət elə gətirdi ki, taekvandoya keçdim.

- Taekvandoya keçməyinə peşman deyilsən?

— Peşman deyiləm. Bəzi baryerlər olmasa, xüsusilə razı olaram.

- Hansı baryerlərdən söhbət gedir?

— Məsələn, yarışlar az keçirilir, beynəlxalq yarışlara maddi dəstək olmur ki, gedək, iştirak edək. Amma düşünürəm ki, zamanla diqqət ayrılacaq. Sadəcə bu günün reallığında bu, belədir. Taekvandoda döyüşə üstünlük verirlər, pumseyə elə də diqqət ayrılmır. Səbəbi… bilmirəm nədir.

- İdmançıların çoxu yalnız idmanı tutur və başqa işlə məşğul olmur. Amma sən həm idmanı davam etdirirsən, həm də Ukraynada təhsil alırsan. Hər iksini çatdırmaq çətin deyil?

— Xeyr, çətin deyil. İngiliscə təhsil alıram. Ukrayna Dövlət Universitetində tibbi təhsil alıram. Mən sadəcə boş vaxtımı klublara, qızlara yox, məşqlərimə sərf edirəm. Bu gün mən bunu etməliyəm ki, sabah daha yüksək nəticələr əldə edim.

- Ukraynaya köçəndən sonra da idmanı saxlamadın davam edirsən. Ukraynada taekvando pumsesi ilə Azərbaycan taekvando pumsesinin fərqi nədi?

— Elə də fərq yoxdur. Sadəcə Ukraynada maliyyə problemləri olduğundan, onlarda pumseyə maraq bir az azdır. Amma belə yarışlar keçirilir. Ən çox musiqili pumse göstərmə yarışlarına üstünlük verilir. Azərbaycanda isə pumseyə maraq yoxdur və diqqət ayırmırlar. Bəlkə də düşünürlər ki, uğur qazanan olmayacaq. Mən də əlimdən gələni edirəm. Amma Avropa, Dünya çempionatına getmək üçün sənədləşdirmə işləri, maliyyə vəsaiti olmadan özüm tək bunu bacara bilmərəm. Doğrusu, tək başına nə qədər idmanı davam etdirəcəm, bilmirəm. Köməksiz çox çətindir.

- Gələcəkdə fəaliyyətini pumse üzrə məşqçi kimi davam etdirmək fikrin var? Klub açaraq, məhz pumseçilər yetişdirmək haqqında düşünürsən?

Фарида Азизова, таэквондистка - Sputnik Azərbaycan
İDMAN
Azərbaycanlı taekvandoçu qız BƏƏ-də qızıl medal qazandı

— Yox. Hələ ki, yalnız idmançı kimi fəaliyyətimi davam etdirmək istəyirəm. Amma nə qədər davam edəcək, bilmirəm. Pumsedə yaş məhdudiyyəti yoxdur, ona görə zamanla məşqimi davam etdirəcəm.

- Finlandiyada keçirilən yarış haqqında bir az danışaq. Orada çempion oldun…

— Finlandiyada A klass beynəlxalq Avropa turniri idi. Orada çempion olmağıma inanmırdım. Pumsedə qələbə qazanmaq üçün əsas olan özünə inamdır. Güvənin oldu, qələbə sənindir. Finlandiyadan sonra Latviya yarışına hazırlaşırdım. Amma maliyyə problemlərinə görə gedə bilmədim.

- Azərbaycanda pumseyə maraq yox dərəcəsindədir. Bu problemi aradan qaldırmaq üçün nə etmək olar?

— Əlbətdə maraq yoxdur. Bunun üçün yarışlar keçirilməlidir, uşaqların buna marağını artırmaq lazımdır. Yoxsa heç vaxt inkişaf olmayacaq.

- Pumse yorucu idman növüdür. Hər gün eyni hərəkətləri etməkdən bezmirsən?

— Qələbənin dadını bir neçə dəfə daddığımdan, bilirəm ki, bu əziyyətin sonunda gözəl gözəl nəticə olacaq. Məqsədimə görə davam etdirirəm məşqlərimi. Qələbə hisslərini sözlə ifadə etmək çətin məsələdir.

Xəbər lenti
0