01:09 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9671
Qarabag-Neftçi

Məşhur futbol klubumuzda tənəzzül: veteranları nə məyus edib?

olke.az
İDMAN
Qısa URL
54 0 0

"Neftçi"nin uzun zamandan bəri davam edən uğursuzluğu klubun fanatlarını və mütəxəssisləri ciddi narahat edir. Ekspertlər klubda aparılan ifrat gəncləşdirmə siyasətinin acı nəticələr ortaya çıxardığını bildirirlər.

BAKI, 15 mart — Sputnik. Son zamanlar idman klublarında çökmə müşahidə olunur. Zəif oyun nümayiş etdirən və fanatlarını tez-tez məyus edən klubların arasında "Neftçi"nin də adı hallanır. Klubun rəhbərliyi komandanın zəif çıxışlarını gəncləşdirmə siyasətinin aparılmasında görür.

Sputnik-in əməkdaşı məsələ ilə bağlı tanınmış məşqçilər Ağasəlim Mircavadov, Arif Əsədov və vaxtilə "Neftçi"də çıxış etmiş veteran futbolçu Samir Ələkbərovun fikirlərini öyrənib.

Футбол. Суперкубок УЕФА 2013. Матч Бавария - Челси
© Sputnik / Василий Пономарев

Ağasəlim Mircavadov — məşqçi: "Futbolda gəncləşdirmə sözü olmur. Müqaviləni hər yaşda olan futbolçu ilə bağlayırlar. Və hər fubolçu öz oyununa müqabil maaş alır. Bir peşəkar kimi deyə bilərəm ki, futbolda "gəncləşdirmə siyasəti" deyilən ifadə yoxdur. O ki qaldı komandanın zəif oynamasına, mən daxildə deyiləm, nə baş verdiyini incəliklərinə kimi bilmirəm. Amma hal-hazırda komanda çox zəif oynayır. Etiraf edim ki, klubda yaxşı oyunçular da var. Bu zəifləmiş komandanı yenidən düzəltmək üçün struktur dəyişilməlidir. Elə baş məşqçi olmalıdır ki, komandanı sevsin və düzgün taktika ilə komandanı uğura aparsın. "Neftçi"də imicli məşqçi və oyunçular oynamalıdır. Axı bu klubun tarixi var".

Arif Əsədov — məşqçi: "Futbolda belə proseslər olur. Komanda daim uğur qazananda, sonra çökmə prosesi gedir. Mən də "Neftçi"də olan zaman belə hallarla rastlaşmışam — həm futbolçu kimi, həm də idmançı kimi. Məşqçi olduğum zamanlarda 2006-2011-ci illər komandada eniş dövrü idi. Bu zaman xaricdən məşqçilər də dəvət edilmişdi, amma uğur qazanmaq mümkün olmurdu. Nəhayət 2011-ci ildə "Neftçi" uğur qazanmağa başladı. Və bu dövrdə baş məşqçi təyin olundum. O zamanda da eyni proses oldu. 22 futbolçudan 17-sini azad edərək onların əvəzinə aşağı yaş qruplarından və xaricdən legionerlər alaraq komandanı qurduq. Və beləliklə komandanın tarixini aşılayaraq, futbolçuların qarşısına yalnız uğur qazanmaq missiyası qoyulmuşdu. Uğur olmasa, təziqlər olacaq, bu da komanda üçün problemlər yaradacaq. "Neftçi" indi də uğur qazana-qazana bu dəyişikliyi etməlidir. Kənardan baxaraq deyərdim ki, legionerlərdə klub sevgisi zəifdir, yerli gənc futbolçular klubda oynamaq məsuliyyətini sanki dərk etmirlər hələki".

Samir Ələkbərov — futbolçu: "Bu sual mənə çox tez-tez verilir. Nə vaxt baxırsan, "Neftçi" gəncləşdirmə siyasəti aparır. Komanda zəif çıxış edəndə bu sözləri daha çox səsləndirirlər. Tək gənclərlə heç nə etmək olmaz. Dünya futbolunda da bu, sübut edilib ki, tək gənclərlə komanda qurmaq olmaz. Gənclərlə təcrübəli idmançıların sintezini qurmaq lazımdır. Gənclərin komandaya dəvəti gözəldir və tərəfdarıyam, amma gəncləri gətirirlər, bir müddət sonra həmin gənclər yoxa çıxırlar. Bu, "Neftçi" kimi kluba yaraşmır. Gənclərin də dəqiq yaşını bilmək lazımdır. "Lipa"lardan uzaq durmaq lazımdır. Yoxsa "lipalar" gənclərin qarşısını alır. Mirhüseyn Seyidov, Cavid də getdi. Belə idmançılar hanı indi?! Araza çox böyük ümidlər bəslənilirdi, amma hələ də yerində sayır. Bu gün bir azərbaycanlı futbolçu xaricdə oynamır. Onu da qeyd edim ki, indiki futbolçular da öz üzərində işləmir. İndi futbolda uğur qazanmaq üçün şanslar bizim dövrümüzdən qat-qat çoxdur. Amma gənclərimiz əziyyət çəkmək istəmirlər".

Əlaqədar

Ulduz futbolçudan dünyaya mesaj
Terror qurbanları arasında məşhur futbolçunun atası da var
Bülənt Qorxmaz Azərbaycandan Türkiyəyə hansı futbolçuları aparmaq istəyir?
Jurnalisti öldürən futbolçu: "Yaxşı etmişəm öldürmüşəm"
Prezident futbol üzrə Avropa çempionatının keçirilməsi ilə bağlı sərəncam imzaladı
Teqlər:
qol, futbolçu, tənəzzül, klub, futbol, "Neftçi"

Əsas mövzular