18:31 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
İDMAN
Qısa URL
6401

Avropa çempionatı öncəsi yunan-Roma güləşi üzrə yeni reytinq siyahısı açıqlanıb.

BAKI, 5 mart – Sputnik. Dünya Güləş Birliyi 2016-cı ilin fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, Avropa çempionatı öncəsi yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb. 

Güləş Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı yer alıb. Avropa Oyunlarının qızıl medalçısı, Las Veqasda keçirilən Dünya çempionatının qızıl medalçısı Rəsul Çunayev reytinqdə ilk sırada, son Dünya çempionatının gümüş medalçısı Rövşən Bayramov isə ikinci sırada qərarlaşıb. Reytinq sıralamasında mövqeyi dəyişməyən həm də Elvin Mürsəliyev və Sabah Şəriəti olub. Elvin 6-cı, Sabah isə 4-cü sırada qərarlaşıb. 

Onluğa daxil olan güləşçilərimizdən Həsən Əliyev 9-cu, Rafiq Hüseynov və Saman Təhmasibi 5-ci sıradadır. 

59 kq-  Rövşən Bayramov — 2-ci yer 

66 kq- Həsən Əliyev – 9-cu yer

71 kq- Rəsul Çunayev – 1-ci yer

75 kq- Elvin Mürsəliyev – 6-cı yer

80 kq- Rafiq Hüseynov – 5-ci yer

85 kq- Saman Təhmasibi – 5-ci yer

85kq- İslam Abbasov – 13-cü yer

98 kq-  Şalva Qadabadze – 19-cu yer

130 kq- Sabah Şəriəti – 4-cü yer

Əsas mövzular