Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan Gimnastika Federasiyası beynəlxalq reytinq siyahısına daxil edilir

© dsbg.ruAkrobatik gimnastika
Akrobatik gimnastika - Sputnik Azərbaycan
Abunə olmaq
2015-ci il üzrə reytinq siyahısı Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin 24-25 fevral tarixlərində keçirilən növbəti iclasında müəyyən edilib

BAKI, 4 mart — Sputnik. Azərbaycan Gimnastika Federasiyası iki il ardıcıl olaraq, fəaliyyətləri Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafatlara layiq görülən, fərqlənən federasiyaların reytinq siyahısına daxil olur. Sputnik Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 2015-ci il üzrə reytinq siyahısı FIG-nin İcraiyyə Komitəsinin 24-25 fevral tarixlərində (İsveçrə) federasiyanın Lozannadakı baş ofisində keçirilən növbəti iclasında müəyyən edilib.

Mükafatlar hər il federasiyaların beynəlxalq fəaliyyəti (Dünya Kubokunda və onun 10 mərhələsində, o cümlədən FIG-nin Konqress və Simpoziumlarında, FIG Akademiyasının məşqçilik kurslarında, Gimnastradada və s. tədbirlərdə iştirak) və yuxarıda göstərilmiş tədbirlərə son qeydiyyat tarixlərinə riayət olunması əsasında təqdim olunur.

Xəbər lenti
0